Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-548/2025 07.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X14 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev Əİyar Əsgər oğlunun iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Goranboy rayonunun Qaramusalı kəndində qeydiyyatda olan və yaşayan Vəliyev Əİyar Əsgər oğlu barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X15 tərəfindən Vəliyev Əİyar Əsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə MN seriyalı, ******* №-li, 06 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Vəliyev Əİyar Əsgər oğlu özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə X9 ilə danışaraq onun fermasında çoban işləmək məqsədilə X5 Xanqərvənd kəndində yerləşən fermasına getmişdir. Həmin fermada çoban işləmək məqsədilə X4 1300 manat pul almışdır. xx.xx.2025-ci il tarixdə Vəliyev Əİyar Əsgər oğlu X6 məxsus fermada işləməyəcəyini ona bildirmişdir. X9 isə Vəliyev Əİyar Əsgər oğluna vermiş olduğu 1300 manat pulu ondan geri istəmişdir. Qarşılığında isə Vəliyev Əİyar Əsgər oğlu ona pulu olmadığını bildirmişdir. Daha sonra X9 isə bu barədə onu şikayət edəcəyini bildirmişdir. Həmin gün polis əməkdaşı Vəliyev Əİyar Əsgər oğlunu Polis şöbəsinə çağırmış, Şəxs isə şöbədə səs-küy salmışdır. Lakin polisə tabe olmuş, tabesizliklə bağlı hər hansı əməl törətməmişdir. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X15 bildirmişdir ki, Vəliyev Əİyar Əsgər oğlu xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-nin qarşısında uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuş, polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahə polis rəisi, polis serjantı X12 bildirdi ki, xx.xx.2025-cil tarixdə X1 RPŞ-nə müraciət edərək, Şəxs ilə ona məxsus fermada çoban işləmək məqsədilə Xanqərvənd kəndinə getmişdir. Buna görə də X2 Əlyar Əsgər oğluna 1300 manat pul vermişdir. Daha sonra isə Şəxs həmin fermada bir gün işlədikdən sonra işləmək istəmədiyini X6 bildirmişdir.Qarşılığında isə X9 ona verdiyi 1300 manat pulu geri istəmişdir. Lakin Şəxs ona pulunun olmadını bildirmişdir. Daha sonra X5 RPŞ-nə müraciətinə əsasən Şəxs izahatının alınması üçün RPŞ-nə dəvət edilmiş,lakin həmin şəxs RPŞ-nin qarşısında uca səslə şikayətçinin ünvanına nalayiq ifadələr səsləndirmişdir. Onu nizam-intizama dəvət etsə də, Şəxs qərəzli hərəkətlərinə davam etmiş, yenidən ictimai qaydanı pozmuşdur. Daha sonra onu RPŞ-nə gətirərək barəsində qanuni tədbir görülməsi üçün növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan Goranboy RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı X12 tərəfindən rəhbərliyə ünvanlanmış 06 aprel 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Xanqərvənd kənd sakini X1 RPŞ-nə müraciət edərək, fermasında çoban işləmək məqsədilə Yevlax rayon sakini Şəxs xx.xx.2025-ci il tarixdə fermaya çağırmışdır.Ona 1300 manat pul verdiyini, lakin Şəxs bir gün qaldıqdan sonra işləmədiyini və ona olan borcunu vermədiyini bildirmişdir. Şəxs barəsində edilmiş müraciətlə bağlı həmin şəxsin izahatının alınması üçün xx.xx.2025-ci il tarixdə Goranboy rayon RPŞ-nə dəvət edilmiş Şəxs RPŞ-nin qarşısında uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis serjantı X3 Əlyar Əsgər oğlunu nizam-intizaman dəvət etsə də Şəxs öz qərəzli hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onu RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 06.04. 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Vəliyev Əİyar Əsgər oğlu xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 06 aprel 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Vəliyev Əİyar Əsgər oğlu həmin tarixdə, saat 12:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsi, şahidi dinləyib və inzibati xəta haqqında material üzrə toplanmış digər sübutları tədqiq edib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında material olan Şəxs xx.xx.2025-ci il tarixdə səs-küy salaraq ictimai qaydanı pozması faktı öz təsdiqini tapsa da, polis əməkdaşının və ya əməkdaşların qanuni tələbinə qəsdən tabe olmaması faktı öz təsdiqini kifayət qədər sübutlarla tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs göstərilən vaxtda xırda xuliqanlıq etməsi faktı öz təsdiqini tapsa da, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması şübhəsi hüquqpozanın xeyrinə həll olunmalıdır. Eyni zamanda Şəxs yalnız xırda xuliqanlıq hərəkətlərinə görə-Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Vəliyev Əİyar Əsgər oğlu 25 sentyabr 2024-cü il tarixdə ictimai yerdə xırda xuliqanlıq etmiş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Vəliyev Əİyar Əsgər oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Vəliyev Əİyar Əsgər oğluna məhz hansı tənbeh növünün tətbiq edilməsini müzakirə edərkən, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Vəliyev Əİyar Əsgər oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəliyev Əİyar Əsgər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 06 aprel 2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-548/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-548/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver