Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-556/2023 02.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy RPŞ-nin nümayəndəsi Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Goranboy, Xəsədərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Xəsədərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 02 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində uca səslə nəlayıq ifadələr işldərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:05 radələrində Goranboy rayonu Səfikürd kəndində PPXB-nin polis nəfərləri, polis serjantı Nicat Nəbiyev, Elmin Allahverdiyev və Goranboy RPŞ-nin polis sahə rəisi Araz Şükürov ilə birlikdə xidmətdə olarkən Səfikürd kəndinin mərkəzində adı sonradan onlara məlum olan Şəxs öz şəxsi “VAZ 2107” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunla müəyyən olunmamış yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunla küçə ticarətinin qadağan olmasını izah etmişlər. Daha sonra həmin şəxs aqressiv şəkildə uca səslə onların ünvanına nalayiq ifadələr işlədərək öz qərəzli hərəkətlərini davam etdirmiş və Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elmin Allahverdiyevin gündəlik geyim formasında olan paqonunu əli ilə qopartmış və onlara əl-qol hərəkətləri edərək yumuruqla xəsarət yetirmişdir. Polis əməkdaşları dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq dəfələrlə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra hadisə yerində olan polis əməkdaşları Goranboy RPŞ-nin növbətçi hissəsinə ötürücü radio stansiyası vasitəsi ilə efirə çıxaraq xidmət apardıqları ərazidə küçə ticarəti ilə məşğul olan və polisin qanuni tələblərinə qəsdən tabe olmayan Şəxs Goranboy RPŞ-yə gətirilməsi üçün məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Goranboy RPŞ-nin polis əməkdaşları hadisə yerinə gələrək sonuncunu nizam-intizama dəvət etmişlər və Şəxs izahatının alınması üçün Goranboy RPŞ-yə aparmışlar. Goranboy RPŞ-nin inzibati binasında olan zaman Şəxs uca səslərlə nalayiq ifadələr işlədərək səs küy salmış, polisin ünvanına söyüşlər söyərək eyni əməllərini davam etdirmiş, bununla da şöbənin iş rejimini pozmuşdur. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Səfikürd kəndində özünə məxsus “VAZ 2107” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə özü yetişdirdiyi pomidorları satmaq məqsədi ilə Səfikürd kənd ərazisində yerləşən tərəvəz mağazalarına satmaq üçün gətirmişdir. Həmin vaxt Goranboy RPŞ-nin polis əməkdaşları onun avtomobilinə saxla işarəsi vermişlər və ona yaxınlaşaraq qanunsuz küçə ticarəti ilə məşğul olduğunu və barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişlər. O isə polis əməkdaşlarına etiraz edərək qanunsuz ticarətlə məşğul olmadığını, sadəcə öz məhsulunu mağazalara payladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu nəqliyyat vasitəsindən düşməsini tələb etmişlər, lakin o, öz şəxsi mülkü olan avtomobilindən düşməmiş və aralarında mübahisə yaranmışdır. O, polis əməkdaşlarına heç bir tabesizlik etməmiş və Goranboy RPŞ YPX-nın əməkdaşı onun avtomobilini idarə edərək birlikdə şöbəyə gəlmişlər. Verilmiş suala cavab olaraq bildirdi ki, polis əməkdaşları avtomobildən düşməsini tələb etsələr də o, öz şəxsi mülkü olduğu üçün avtomobildən düşməmiş, polislər onu avtomaşınından məcburi çıxartmışlar. O, heç bir polis əməkdaşına əl-qol atmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:05 radələrində Goranboy rayonu Səfikürd kəndində PPXB-nün polis nəfərləri, polis serjantı Nicat Nəbiyev, Elmin Allahverdiyev və Elvin Abdullayev ilə birlikdə xidmətdə olarkən Səfikürd kəndinin mərkəzində adı sonradan onlara məlum olan Şəxs öz şəxsi “VAZ 2107” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunla müəyyən olunmamış yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunla küçə ticarətinin qadağan olmasını izah etmişlər. Daha sonra həmin şəxs aqressiv şəkildə uca səslə onların ünvanına nalayiq ifadələr işlədərək öz qərəzli hərəkətlərini davam etdirmiş və Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri Elmin Allahverdiyevin gündəlik geyim formasında olan paqonunu əli ilə qopartmış və onlara əl-qol hərəkətləri edərək yumuruqla xəsarət yetirmişdir. Polis əməkdaşları dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də sonuncu, onalrın qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına dəfələrlə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan sonra hadisə yerində olan PPXB-nün polis nəfəri, polis serjantı X11 RPŞ-nin növbətçi hissəsinə ötürücü radio stansiyası vasitəsi ilə efirə çıxaraq xidmət apardıqları ərazidə küçə ticarəti ilə məşğul olan və polisin qanuni tələblərinə qəsdən tabe olmayan Şəxs Goranboy RPŞ-yə gəritilməsi üçün məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Goranboy RPŞ-nin polis əməkdaşları hadisə yerinə gələrək sonuncunu nizam-intizama dəvət etmişlər və Şəxs izahatının alınması üçün Goranboy RPŞ-yə aparmışlar. Goranboy RPŞ-nin inzibati binasında olan zaman Şəxs uca səslərlə nəlayiq ifadələr işlədərək səs küy salmış, polisin ünvanına söyüşlər söyərək eyni əməllərini davam etdirmiş, bununla da şöbənin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy PPXB-nün polis nəfərləri, polis serjantları X10, X4 və Goranboy RPŞ-nin İTB-non polis nəfəri X5 iş üzrə digər şahid X6 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Nicat Nəbiyev və Elmin Allahverdiyev tərəfindən rəhbərliyə ünvanlanmış 01 avqust 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:05 radələrində Goranboy rayonu Səfikürd kəndində PPXB-nün polis nəfəri, polis serjantı Nicat Nəbiyev ilə birlikdə xidmətdə olarkən Səfikürd kəndinin mərkəzində adı sonradan onlara məlum olan Şəxs öz şəxsi VAZ 2107 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunla müəyyən olunmamış yerdə qanunsuz küçə ticarəti ilə məşğul olduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunla küçə ticarətinin qadağan olmasını izah etmişlər. Daha sonra həmin şəxs aqressiv şəkildə uca səslə onların ünvanına nalayiq ifadələr işlədərək öz qərəzli hərəkətlərini davam etdirərək paqonunu qoparmış və onlara əl-qol hərəkətləri edərək yumuruqla vurmuşdur. Onlar dəfələrlə həmin şəxsi nizamintizama dəvət etsələr də sonuncu, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına dəfələrlə uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar vətəndaş Şəxs Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Odur ki, Şəxs barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsini xahiş edilmişdir; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad İsmayılov tərəfindən rəhbərliyə ünvanlanmış 02 avqust 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00-dan xx.xx.2023-cü il tarixdə saat 09:00-dək Goranboy RPŞ-nin növbətçi hissənin məhsul növbətçi vəzifsində xidmətdə olan zaman xx.xx.2023-cü tarix saat 19:05 dəqiqədə Goranboy rayonu Səfikürd kəndində xidmətdə olan PPXB-nün polis nəfəri Nicat Nəbiyev və post yoldaşı Elmin Allahverdiyev ötürücü radio stansiyası ilə efirə çıxaraq xidmət apardığı ərazidə küçə ticarəti ilə saxlanılan Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayan şəxsi RPŞ-nə gətirilməsi üçün məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 19:45 dəqiqədə Şəxs RPŞ-yə gətirilən zaman RPŞ-nin inzibati binasında uca səslərlə nalayiq ifadələr işlədərək səs küy salaraq və növbətçi hissənin qarşısında polisin ünvanına nalayiq ifadələr işlədərək onların iş rejimini pozmuşdur Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etdmişdir; “İnzibati qaydada tutma haqqında” 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:45-də inzibati qaydada tutulmuşdur; Fotoşəkillərdən görünür ki, Goranboy RPŞ-nin PPXB-nün polis serjantı X2 gündəlik geyim formasında olan paqonunun olmadığı və bədəni üzərində xəsarətərinin olduğu müəyyən edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi, məhkəmə iclasında araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsini inzibati xəta törətmiş şəxsin məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və inzibati qaydada tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 01 avqust 2023-cü tarixdə ünvan 3ünvansız nalayiq ifadələr işlədərək ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 01 avqust 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 01 avqust 2023-cü il tarixdən, saat 19:45-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-556/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-556/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver