Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-556/2025 08.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonu Kolayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bərdə rayonu Mollaisalar kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 aprel 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Həbib Hacıyevin 05 aprel 2025-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 05 aprel 2025ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə Goranboy şəhər, H. Əliyev prospektində yerləşən “Ramin Dönər” adlı iaşə obyektindən 90 manat məbləğində pul oğurlamışdır. MN seriyalı ******* nömrəli, 06 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Goranboy şəhər, S. Civəzadə küçəsində ictimai yerdə uca səslə nalayiq ifadə işlədərk ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Mirvari Dilbazi küçəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında sonuncunun "Ramin Dönər" adlı iaşə obyektindən 90 manat pulu xx.xx.1996-cı il təvəllüdlü, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan Şəxs oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq Şəxs əməlində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında aparılmış Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə 05 aprel 2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvvəkili Şamxal Əliyev və Goranboy RPŞ-nin NMQ-nin inspektoru X9 RPŞ-nin qarşısında olan zaman Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişlər. Daha sonra Şəxs RPŞnə gətirərək NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 227, 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu X4 ilə birlikdə gecə saatlarında Goranboy şəhərində yerləşən “Ramin Dönər” adlı iaşə obyektinin qarşısından keçən zaman dönər almaq qərarına gəlmişdir. Həmin vaxt obyektin qapısı açıq olduğu üçün dostu ilə bilrikdə içəri daxil olmuş və bir ədəd “Cola” içkisi götürən zaman kassada 90 manat pulun olduğunu görmüşdür. Daha sonra dostu Murad ilə birlikdə həmin pulu götürərək taksi ilə yaşadığı Gəncə şəhərində yerləşən evinə getmişdir. Bundan sonra 05 aprel 2025-ci il tarixdə Goranboy RPŞ-nin polis əməkdaşları tərəfindən “Ramin Dönər” adlı obyektdən pulun oğurlanmasında şübhəli olduğu üçün şöbəyə gətirilmiş, izahatı alınmış və o etdiyi əməli etiraf etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında olan zaman dostu Fuad ilə birlikdə mübahisə etməyə başlamış və uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt iki nəfər polis əməkdaşı onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etmişlər. Lakin, o əsəbi olduğu üçün buna əhəmiyyət verməmiş və öz hərəkətlərinə davam etmişdir. Əməlindən çox peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı izahatında göstərdi ki, Goranboy şəhəri Heydər Əliyev prospektində yerləşən "Ramin Dönər" adlı iaşə obyektinin sahibidir. 04 aprel 2025-ci il tarixdə saat 22:30 radələrində oğlu Ramin obyekti bağlayaraq evlərinə gəlmişdir. 05 aprel 2025-ci il tarixdə saat 08 radələrində oğlu Ramin ona zəng edərək "Ramin Dönər" adlı iaşə obyektinin şüşə qapısının açıq olmasını və obyektin daxilində stolda olan əldə etdiyi qazancı saxladığı süyürtmədən 90 manat pulun oğurlanmasını bildirmişdir. Həmin gün yəni, xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə ərizə ilə müraciət etmiş və ona məxsus obyektdən 90 manat pulun naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Goranboy RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırma nəticəsində onun obyektindən oğurluq edən şəxslər X4 və Şəxs olduğu müəyyən edilmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəməsinə baxmayaraq sonuncu ilə barışmamışdır. Odur ki, Şəxs barədə ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Goranboy RPŞ- nin qarşısında küçədə iki nəfər şəxsin uca səslə nəlayiq ifadələr işlətdiyini görmüş, RPŞ-nin NMQ inspektoru Vahid Əhmədov ilə birlikdə həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələbin qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etmişlər. Daha sonra onlar adı sonradan onlara məlum olan X4 və Şəxs RPŞ-nə gətirərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nin inspektoru X5 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatşısı X6 RPŞ-non rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Mirvari Dilbazi küçəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında sonuncunun "Ramin Dönər" adlı iaşə obyektindən 90 manat pulu xx.xx.1991-ci il təvəllüdlü, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan X4 və xx.xx.1996-cı il təvəllüdlü, Gəncə şəhəri Avtozavod qəsəbəsində yaşayan Şəxs oğurlamışdır. X4 və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq X4 və Şəxs əməlində İXM- in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şamxal Əliyev və Goranboy RPŞnin NMQ-nin inspektoru Vahid Əhmədov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Goranboy RPŞ- nin qarşısında küçədə iki nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər, RPŞ- nin NMQ inspektoru Vahid Əhmədov ilə birlikdə həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərinə davam etdilər, onlar adı sonradan onlara məlum olan X4 və Şəxs RPŞ-nə gətirərək NHyə təhvil vermişlər. Odur ki, X4 və Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X4 və Şəxs əməllərində xırda talama inzibati xətasının tərkibi olduğu üçün barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 05 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:30-da inzibati qaydada tutulmuş və 06 aprel 2025-ci il tarixdə saat 14:00-da azad edilmişdir; “İnzibati qaydada tutma haqqında” 06 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06 aprel 2025-ci tarixdə Goranboy RPŞ-nin inzibati binasının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 06 aprel 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 24 (iyirmi dörd) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 aprel 2025-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-556/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-556/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver