Məhkəmə qərarları › İş №3(045)-559/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-559/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-559/2025 08.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında işin baxılmağa hazırlanmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu Şəxs barəsində toplanmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsi barədə material Goranboy Rayon Məhkəməsinə göndərilib. İnzibati xəta törədilməsi haqqında materialı tədqiq edərək, məhkəmə hesab edir ki, bu işin baxılması Goranboy Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir və işin hakim tərəfindən baxılmasının istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokol İXM-in tələblərinə müvafiq olaraq tərtib edilmişdir və işin icraatını rədd edən hallar mövcud deyil. Mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar vardır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, məhkəmənin icraatına Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə Goranboy Rayon Polis Şöbəsindən inzibati xəta haqqında material daxil olmuş və 3(045)-557/2025 nömrəsi ilə qeydə alınmışdır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi bir neçə inzibati xəta ilə bağlı 2 (iki) ayrı-ayrı inzibati materiallar 08 aprel 2025-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmənin icraatında olan 3(045)-559/2025 və 3(045)-557/2025 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməli və iş 3(045)-557/2025 nömrə ilə davam etdirilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİM:

1. Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. Məhkəməsinin icraatında olan 3(045)-559/2025 və 3(045)-557/2025 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və iş 3(045)-557/2025 nömrə ilə davam etdirilsin.

3. İşə Goranboy Rayon Məhkəməsinin inzibati binasında dərhal baxılsın.

4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın.

5. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar