Məhkəmə qərarları › İş №3(045)-560/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-560/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-560/2025 08.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin TŞ kamerası ilə elektron qaydada yazılmış EQ 26650695 saylı protokoldan X5 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi : X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin TŞ kamerası ilə elektron qaydada yazılmış EQ 26650695 saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X5 tərəfindən verilmiş şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, X5 şikayət ərizəsində EQ 26650695 saylı inzibati tənbeh vermə haqqında qərarın tarixini qeyd etməmiş, EQ 26650695 saylı inzibati tənbeh vermə haqqında qərar şikayətinə əlavə edilməmişdir. X1 Fizuli rayonu Dövlətyarlı kəndində qeydiyyatdadır. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin TŞ kamerası ilə elektron qaydada yazılmış EQ 26650695 saylı protokoldan X5 tərəfindən verilmiş şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin TŞ kamerası ilə elektron qaydada yazılmış EQ 26650695 saylı protokolundan verilmiş şikayət ərizəsi və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar