Məhkəmə qərarları › İş №3(045)-561/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-561/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-561/2025 09.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Yeni Yol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 aprel 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Ruslan Abbasovun 05 aprel 2025-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 07 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qarayev X2 rayonu Yeniyol kənd sakini Zərərçəkmiş şəxs 94 manat dəyərində ev quşlarını oğurlayaraq xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Yeniyol kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən hindən 94 manat dəyərində ev quşlarını oğurlayan Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkibi olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında Şəxs barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02 aprel 2025-ci il tarixdə, saat təxminən 01 radələrində qonşusu və həmkəndlisi olan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olaraq sonuncuya məxsus ev quşlarını oğurlamışdır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Ruslan Abbasov tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs cinayət tərkibi olmadığına görə onun barədin ciayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs 94 manat dəyərində ev quşlarını oğurlayan Şəxs barəsind İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 109.2, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar