Məhkəmə qərarları › İş №3(045)-583/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-583/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-583/2023 04.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin YPX-nin inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1962-ci ildə Allahverdi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 avqust 2023-cü il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş 03 avqust 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 03 avqust 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 03 avqust 2023-cü il tarixdə saat 12:51 radələrində Goranboy-Tərtər yolunun Goranboy rayonu ərazisinin 12-ci kilometrliyində idarə etdiyi “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “FORD FOCUS” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobillərə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati xətanı törətməsini nəzərdə tutan 03 avqust 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin YPX-nin inspektoru X2 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan saat 12:51 radələrində Goranboy-Tərtər yolunun Goranboy rayonu ərazisinin 12-ci kilometrliyində idarə etdiyi “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə “FORD FOCUS” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobillərə zərər dəymişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyindədir. 03 avqust 2023-cü il tarixdə saat 12:51 radələrində Goranboy-Tərtər yolunun Goranboy rayonu Təhlə kəndi ərazisində üzü Tərtər istiqamətinə gedərkən geriyə dönmə işarəsinə əməl edərək qarşıdan gələn nəqliyyat vasitəsinin gəlmədiyinə əmin olaraq sola dönmək istəmiş, bu vaxt arxadan düzünə hərəkətdə olan “FORD FOCUS” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətindən yayınmış və onun idarə etdiyi avtomobili sol arxa tərəfindən vurmuş, nəticədə avtomobillərə maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsi olmamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, idarə etdiyi “FORD FOCUS” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyindədir. 03 avqust 2023-cü il tarixdə saat 12:51 radələrində Goranboy-Tərtər yolunun Goranboy rayonu Təhlə kəndi ərazisində üzü Tərtər istiqamətinə gedərkən qarşıda yolun sağ tərəfində dayanmış “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən hərəkət edərək sola yəni, Goranboy rayonu istiqamətinə dönən zaman ara məsafəsi az olduğu üçün idarə etdiyi avtomobili ilə qarşısında duran avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobilə maddi zərər dəymişdir. Hazırda onun avtomobilinə 1595 manat məbləğində maddi zərər dəymiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərər qarşılanmamışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, “FORD FOCUS” minik markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 995 manat məbləğində zərər dəymiş, həmçinin həmin ehtiyyat hissələrinin qurlaşdırılması üçün 600 manat müəyyən edilmişdir; Goranboy RPŞ tərəfindən verilmiş avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Goranboy RPŞ-nin DYPB-nin duracağına gətirilmişdir; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 avqust 2023-cü il tarixdə saat 12:51 radələrində özünə məxsus “VAZ 21060” minik markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar