Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-584/2023 07.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tərtər rayonun Xoruzlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 avqust 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Əli Əliyevin 01 avqust 2023-cü il tarixli qərarına əsasən tərtib edilmiş 07 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhər, H.Əliyev prospektində yerləşən çay evində Zərərçəkmiş şəxs1 döymüş, Zərərçəkmiş şəxs2 məxsus çay evində kül qabını qıraraq 10 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 bildirdi ki, Goranboy şəhəri C.Cabbarlı küçəsində bina evində kirayədə yaşayan Zərərçəkmiş şəxs1 və Goranboy rayonu İrəvanlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminə və Goranboy RPŞ-yə müraciəti əsasında toplanmış HK-1-1494 və HK-1-1495 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddəsinin tərkibi vardır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndərilmişdir. Onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157 və 232-1-ci maddələri protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən Nicatın işlətdiyi çay evinə daxil olan zaman Zərərçəkmiş şəxs1 görmüşdür. Zərərçəkmiş şəxs1 ona Nicatda videosu, şəkli olduğunu demiş, bu zaman aralarında mübahisə yaranmış, o və bacısı X7 divanda oturduğu yerdə saçından bilərəkdən qəsdən tutub dartaraq saçını yolmuşlar. Bundan sonra masanın üzərində olan kül qabını qırmışdır. Əməlindən peşmandır, hazırda zərəçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən çay evində olan zaman X6 və bacısı Şəxs içəri daxil olaraq onunla münaqişə yaradıb ünvanına nalayiq ifadələr işlətmişlər, hər ikisi saçından tutub dartaraq onu divana yıxmışlar, üz nahiyəsinə sillə ilə vurmuşlar. Aytəkin çay evində olan nəlbəki, stəkan, kül qabını yerə vurub qırmışdır. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Goranboy şəhəri H.Əliyev prospektində yerləşən işlətdiyi çay evində Fəridə Qarayeva və bacısı Aytəkinin dava saldığını eşitmiş, çay evinə daxil olan zaman X1 yerdə olduğunu, qənd qabının yerdə olduğunu, Fəridənin Aynurun divanda saçından tutduğunu görmüşdür. Aytəkin və Fəridə üzərinə gələn zaman çay evinin qapısını bağlayıb 102 xidmətinə müraciət etmişdir. Aytəkin və Fəridə işlətdiyi çay evinə 10 manat maddi ziyan vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Əli Əliyevin tərəfindən Şəxs və X3 əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində İXM-in 157-ci və 232-1.ci maddələri ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür; 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxslərin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-584/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-584/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver