Məhkəmə qərarları › İş №3(045)-586/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-586/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-586/2023 07.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Goranboy rayon Prokurorluğunun nümayəndəsi X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon X1 barəsində İXM-in 206-cı maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 07 avqust 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, 05 iyul 2023-cü il tarixdə, saat 05 radələrində Goranboy Rayon Polis Şöbəsindən rayon prokurorluğuna Goranboy rayonunun Xanqərvənd kənd sakini, 24 sentyabr 2002-ci il təvəllüdlü X8 yaşadığı evin həyətində olan ağacdan özünü asaraq intihar etməsi barədə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı X8 maddi, xidməti və ya sair cəhətdən asılı olduğu şəxs tərəfindən onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma hallarının olması öz təsdiqini tapmamış, hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Odur ki, hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən 05 avqust 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, material üzrə araşdırma aparılan zaman mərhum X8 yaxın münasibətdə olduğu Şəxs, X11 və X9 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr istifadə etmələrinə şübhələr müəyyən edilmiş, hər üç nəfər barəsində məhkəmə-narkolji ekspertizası təyin edilmişdir. Ekspertiza zamanı X11 və X9 narkotik vasitələr və ya psixotrop maddələr istifadə etməmələri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 04 avqust 2023-cü il tarixli, 1298 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə iclasında iştirak edən Goranboy Rayon Prokurorluğunun nümayəndəsi X12 izahatında göstərdi ki, 05 iyul 2023-cü il tarixdə, saat 05 radələrində Goranboy rayon polis şöbəsindən rayon prokurorluğuna Goranboy rayonunun Xanqərvənd kənd sakini, 24 sentyabr 2002-ci il təvəllüdlü X8 yaşadığı evin həyətində olan ağacdan özünü asaraq intihar etməsi barədə məlumat daxil olmuşdur. X2 narkotik vasitədən istifadə etməsi barədə şübhələr yaranmış və bununla bağlı ekspertiza təyin edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X5 narkotik vasitələrdən istifadə edir. Bununla bağlı tərəfindən qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, narkotik vasitə istifadəçisi deyildir. Təxminən 20 gün əvvəl Masallı rayonuna əsgər yoldaşının toyuna getmiş və orada spirtli içki qəbul etmişdir. Bundan sonra tanımadığı bir şəxs ona narkotik vasitə olan marixuana vermiş o da çəkmişdir. Hazırda etdiyi əməldən çox peşmandır, odur ki, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 05 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X5 barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında tənbeh tədbirləri görülməsi üçün qərar aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə göndəriləməsi qərar alınmışdır; “Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; 04 avqust 2023-cü il tarixli, 1977/2023 nömrəli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sidikdə THC (marixuana) aşkar edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X6 məcburi-narkoloji tibbi yoxlama haqqında 04 avqust 2023-cü il tarixli, 1298 nömrəli rəyindən görünür ki, X3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X5 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X4 İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar