Məhkəmə qərarları › İş №3(045)-599/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-599/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-599/2024 24.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi fəaliyyətlə məşğul olan, orta təhsilli, Goranboy rayonunun Aşağı Ballıqaya kəndində yaşayan Şəxs barəsində Goranboy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li 24 iyul 2024-cü il tarixli və 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasında saat təxminən 02:14 radələrində Goranboy rayon Aşağı Ballıqaya kənd sakini həmkəndlisi X7 məxsus 7 baş xırdabuynuzlu heyvanın itməsi hadisəsi ilə bağlı 2 nəfər polis əməkdaşı ilə söhbət edən zaman əsəbləşərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır, onlar onu nizam -intizama dəvət etmiş, lakin heyvan itməsi ilə bağlı niyə orda olduğunu səbəb gətirərək yenidən ünvanlı- ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsə də, o hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabə olmamışdır. Etdiyi əmələ görə peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 bildirmişdir ki, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis mayoru X5 RPŞ-nin rəhbərliyə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə iş yoldaşı Goranboy RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kiçik leytenantı X1 ilə birlikdə RPŞ-nin inzibati binasında saat təxminən 02:14 radələrində Goranboy rayon Aşağı Ballıqaya kənd sakini X7 məxsus 7 baş xırdabuynuzlu heyvanın itməsi hadisəsi ilə bağlı Goranboy rayon Aşağı Ballıqaya kənd sakini, xx.xx.2000-ci il təvəllüdlü Şəxs ilə söhbət aparan zaman uca səslə nalayiq ifadələr işlətməyə başlamış, onlar onu dəfələrlə nizm-intizama dəvət etsələr də o, öz qərəzli hərəkətlərini davam etdirərək bizim qanuni tələbinə qəsdən tabe olmamış, nalayiq ifadələr işlətməyə davam edərək qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd əməllərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı X3 digər şahid X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şamxal Əliyev tərəfindən rəhbərliyə ünvanlanmış 23 iyul 2024-cü il tarixli raportdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə iş yoldaşı Goranboy RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kiçik leytenantı X1 ilə birlikdə RPŞ-nin inzibati binasında saat təxminən 02:14 radələrində Goranboy rayon Aşağı Ballıqaya kənd sakini X7 məxsus 7 baş xırdabuynuzlu heyvanın itməsi hadisəsi ilə bağlı Goranboy rayon Aşağı Ballıqaya kənd sakini, xx.xx.2000-ci il təvəllüdlü Şəxs ilə söhbət aparan zaman o, uca səslə nalayiq ifadələr işlətməyə başlamış, onlar onu dəfələrlə nizm-intizama dəvət etsələr də, o, öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq ifadələr işlətməyə davam edərək öz qanunazidd əməllərini davam etdirmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li 24 iyul 2024cü il tarixli və 535.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Goranboy rayonunun Quşçular kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy RPŞ-nin inzibati binasında uca səslə ünvanlıünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və onun nizam-intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 iyul 2024-cü il tarixdə saat 02:23-də inzibati qaydada tutulmuşdur; Məhkəmə MN seriyalı ******* №-li 24 iyul 2024-cü il tarixli və MN seriyalı, ******* №li, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadəsini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayış üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, belə hesab edir ki, törədilmiş inzibati xətalardan daha ciddi xəta İXM-nin 535.1-ci maddəsi olduğundan, Şəxs həmin maddə ilə tənbeh olunmalıdır. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 23 iyul 2024-cü il tarixdən saat 02:23-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar