Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-6/2023 05.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X10, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X23 bölməsinin yol-patrul xidməti inspektoru X3 iştirakları ilə, xx.xx.1969-cu ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Goranboy rayonunun Əlirzalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 yanvar 2023-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 30 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Goranboy rayonu Əlirzalı kəndi ərazisində “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücü X10 idarə etdiyi “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, onun barəsində İXM-in 327.2, 327.6 və 332.4-cü maddələri ilə inzibati xətanı törətməsini nəzərdə tutan 30 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin X23 bölməsinin yol-patrul xidməti inspektoru X6 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Goranboy rayonu Əlirzalı kəndi ərazisində “Vaz 21061” minik markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücü X10 idarə etdiyi “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə yol nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərə maddi ziyan vurulmuşdur. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.2, 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 327.6 və 332.4-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında ona məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Əlirzalı kəndi ərazisində o, “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sürücü X10 idarə etdiyi “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Əlirzalı kəndi ərazisində onun idarə etdiyi “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Vaz 21061” minik markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə onun avtomobilinə 210 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmişdir. Şəxs yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli alkotestrin nəticəsindən görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; AD seriyalı 681619 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir; ƏN Vİİİ seriyalı 510354 nömrəli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri Şəxs etibar etmişdir; BO seriyalı 251037 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir; ƏN Vİİİ seriyalı 430581 nömrəli etibarnamənin surətindən görünür ki, X8 mülkiyyətində olan “Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək tarixədək idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri X18 oğluna etibar etmişdir; “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” Aktdan və iltizamdan görünür ki, “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Goranboy RPŞ-nin duracağına yerləşdirilmişdir; X15 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 001 nömrəli arayışdan görünür ki“Vaz 21154” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 210 manat məbləğində maddi ziyan dəymişdir; Goranboy RPŞ-nin DYPB-nin X7 çıxarışından görünür ki, Şəxs adına heç bir sürücülük vəsiqəsi tapılmamışdır. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində idarə etdiyi “Vaz 21061” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçıları olan avtomobillərə maddi ziyan vurması, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X23 İdarəsinin rəisi, onun müavinləri, Baş X23 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X23 İdarəsinin rəisi, ərazi polis orqanlarının X23 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X23 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X23 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X17 X20 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-6/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-6/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver