Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-60/2024 01.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, xx.xx.1975-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Goranboy rayonu, Balakürd kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Balakürd kəndində özünə məxsus İJ markalı 68064 nömrəli ov tüfəngi ilə qanunsuz müvafiq icazə olmadan bir ədəd boz dovşan ovlamışdır. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Goranboy Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi polis kapitanı X4 tərəfindən 30 yanvar 2024-cü il tarixdə MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Goranboy Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Goranboy Rayon Polis Şöbəsinin təhqiqatçısı polis leytenantı Rəhman Həsənov tərəfindən Goranboy Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Elvin Əliyevin raportu əsasında toplanmış HK-1-85 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Goranboy rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı X1 HK-1-85 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Balakürd kəndində qeydiyyatda olan, Goranboy rayonu Balakürd kəndində yaşayan Şəxs məxsus İJ markalı, 68064 nömrəli, 16 çaplı, yivsiz, qoşa lüləli ov silahına, bir ədəd boz çöl dovşanına baxış keçirilmiş və fotoşəkilləri çəkilərək tərtib edilmiş protokola əlavə olunmuşdur. Araşdırma zaman toplanmış material sənədlərindən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Goranboy rayonu Balakürd kəndi ərazisində Goranboy rayonunun Balakürd kəndində yaşayan Şəxs özünə məxsus İJ markalı, 68064 nömrəli, 16 kalibrli, qoşa lüləli, yivsiz odlu ov tüfəngi ilə qanunsuz müvafiq icazəsi olmadan 1 (bir) ədəd boz dovşan ovlaması faktı öz təsdiqini tapmışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkibi olduğuna görə barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddənin tərkibi olduğuna görə barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülənədək İJ markalı, 68064 nömrəli, 16 çaplı, yivsiz, qoşa lüləli ov tüfəngi müvəqqəti saxlanılması üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, onun özünə məxsus olan İJ markalı, 1958-ci il istehsalı olan, 68064 nömrəli, qoşa lüləli, yivsiz ov silahı ilə xx.xx.2024cü il tarixdə Goranboy rayon Balakürd kəndinin ərazisində ov edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirildiyini, xx.xx.2024-cü il tarixdə səhər saat 10:00 radələrində öz yaşadığı evdən özünə məxsus olan ov silahını götürərək ov etmək məqsədi ilə Goranboy rayon Balakürd kəndi ərazisində olan açıqlıq əraziyə getdiyini, ov etmək üçün evdən tək çıxdığını və ova tək olaraq getdiyini, ovçular cəmiyyətinə üzv olmağına baxmayaraq, ov etmək üçün lisenziyasının olmadığını, təxminən 30-40 dəqiqə sonra Balakürd kəndi ərazisində 1 ədəd boz rəngli çöl dovşanını vuraraq yaşadığı evə qayıtdığını, ov etdikdən sonra evə qayıdarkən qonşusu X2 ilə yolda qarşılaşdığını, Sədrəddin Kazımovun ona özünə məxsus olan əkin sahəsindən gəldiyini söylədiyini, Sədrəddin Kazımovla ev istiqamətində hərəkətdə olarkən kəndə çatmaqlarına 40-50 metr qalmış polis əməkdaşlarının onlara yaxınlaşdığını, özünü onlara təqdim edərək onunla birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduqlarını bildirdiyini, İJ markalı, 1958-ci il istehsalı olan, 68064 nömrəli, qoşa lüləli, yivsiz ov silahını və ovda olarkən özünə məxsus olan silahla vurmuş olduğu 1 ədəd boz rəngli çöl dovşanını polis əməkdaşlarına təhvil verərək, onunla birlikdə Goranboy rayon polis şöbəsinə gəldiyini, Goranboy rayonunun sərhədd zonası olduğunu bildiyi üçün ov etməyin qadağan edildiyi barədə məlumatının olduğunu, lakin həmin qadağanın hal-hazırda qüvvədə olması haqqında məlumatının olmadığını bildirmişdir. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi inzibati xəta törətmiş şəxsin iş materiallarında olan izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə də işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi), habelə digər ov qaydalarının müntəzəm pozulması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. İş üzrə yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə ov hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109-118-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-60/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-60/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver