Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-602/2024 29.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin TTÜİ-nin polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xocalı şəhərində qeydiyyatda olan və Bakəı şəhəri ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş “Cinayət təqibinə xitam verilməsi haqqında” Goranboy RPŞ-nin İstintaq bölməsinin müstəntiqi X6 10 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Goranboy- Borsunlu avtomobil yolunun Goranboy rayonu Rəhimli kəndi ərazisindən keçən 5-ci kilometrliyində Şəxs idarə etdiyi “X19 yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxan zaman baş yolda hərəkətdə olan X7 idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X1, X11, X4, X8 və X17 müxtəlif bədən xəsarətləri almışlar. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin TTÜİ-nin polis mayoru X14 izahatında göstərdi ki, 10 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Goranboy-Borsunlu avtomobil yolunun Goranboy rayonu Rəhimli kəndi ərazisindən keçən 5-ci kilometrliyində Goranboy rayonu Aşağı Ağcakənd kəndində yaşayan Şəxs idarə etdiyi “X19 yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yoldan əsas yola çıxan zaman əsas yolda hərəkətdə olan Goranboy rayonu Yeni Veyisli qəsəbəsində yaşayan X7 idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X1, X11, X4, X8 və X17 müxtəlif bədən xəsarətləri almışlar. Törətdiyi inzibati xətaya görə Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində o, idarə etdiyi “X19 yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvandan Gəncə şəhərinə gedən zaman Goranboy rayonu Səfikürd kəndindən Rəhimli kəndinə gedən yol ilə hərəkətdə olub Rəhimli kəndi ərazisində əsas yola çıxan zaman orada olan stop nişanını görmüş və əsas yolda maşın olmadığından əmin olduğu üçün idarə etdiyi maşını saxlamadan sola dönmə nişanını işə salıb əsas yola çıxmış, bu zaman sol tərəfdə olan çökəkdəki körpüdən sonra təxminən 100 metr məsafədə qara rəngli “Hyundai” markalı avtomobilin gəlməsini görmüş, o, artıq əsas yola daxil olub soladönmək istədiyi üçün həmin maşın ona çatmış və o, öz hərəkət hissəsinə dönmək istəyəndə Hyundai markalı avtomobil onun maşınının qabaq sol tərəfindən vurmuş, bundan sonra hər iki avtomobil yolun ehtiyat hissəsində dayanmışdır. Hazırda zərərçəkmiş şəxslərdə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Yekunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxslər X10, X9, X2, X3 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin İB-nin müstəntiqi Fərid Mehdiyevin rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 10 iyun 2024-cü il tarixdə saat 09:30 radələrində Goranboy- Borsunlu avtomobil yolunun Goranboy rayonu Rəhimli kəndi ərazisindən keçən 5-ci kilometrliyində Şəxs idarə etdiyi “X19 yük” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yoldan baş yola çıxan zaman 2.5 «Dayanmadan keçmək qadağandır» (sürücünün stop-xətt qarşısında, bu nişan olmadıqda isə hərəkət hissələrinin kəsişmə xətti qarşısında dayanmadan hərəkət etməsi qadağandır, sürücü kəsişən yola yaxınlaşarkən, 7.13 lövhəsini gördükdə isə baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir, bu nişan dəmir yol keçidi və ya digər postlar qarşısında da quraşdırıla bilər, bu hallarda sürücü nəqliyyat vasitəsini stop-xəttin qarşısında, bu xətt olmadıqda 2.5 nişanının qarşısında dayandırmalıdır) yol nişanının tələblərini pozaraq baş yola çıxmış və baş yolda hərəkətdə olan X7 idarə etdiyi “Hyundai İ30” markalı, 77- HM- 568 dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyyatsızlıqdan toqquşması faktı ilə əlaqədar toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1197 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərilməlidir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 141423 nömrəli, xx.xx.2018-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğlu BCD kateqoriyalı sürücüdür; “Cinayət təqibinə xitam verilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.1 -ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuş, Şəxs barəsində Cəsarət Həsənova yüngül bədən xəsarətləri yetirməsi xüsusatına görə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tələbinə uyğun olaraq inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə göndərimişdir. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin 1197 nömrəli xitam materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-602/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-602/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver