Məhkəmə qərarları › İş №3(045)-603/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-603/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-603/2023 10.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Prokurorluğunun nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Prokurorluğundan daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 10 avqust 2023-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, 03 avqust 2023-cü il tarixdə Goranboy rayon prokurorluğuna Goranboy rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyən Şəxs Şəbnəm Yusifovanı öldürməklə hədələdiyini, habelə Şəxs narkotik vasitə qəbul etməsi barədə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı Şəxs X2 öldürməklə hədələməsi, habelə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi öz təsdiqini tapmamışdır. Odur ki, şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən 10 avqust 2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, material üzrə araşdırma aparılan zaman Şəxs barəsində məhkəmə-narkolji ekspertizası təyin edilmişdir. Ekspertiza zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 04 avqust 2023-cü il tarixli, 1300 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən və xroniki alkoqolizimdən əzab çəkmir, narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyac yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə iclasında iştirak edən Goranboy Rayon Prokurorluğunun nümayəndəsi X5 izahatında göstərdi ki, 03 avqust 2023-cü il tarixdə Goranboy rayon prokurorluğuna Goranboy rayon dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürəni vəzifəsində işləyən Şəxs Şəbnəm Yusifovanı öldürməklə hədələdiyini, habelə Şəxs narkotik vasitə qəbul etməsi barədə məlumat daxil olmuşdur. Şəxs narkotik vasitədən istifadə etməsi barədə şübhələr yaranmış və bununla bağlı ekspertiza təyin edilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Bununla bağlı Goranboy rayon prokuroru X4 tərəfindən qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, narkotik vasitə istifadəçisi deyildir. Təxminən bir neçə ay əvvəl Goranboy rayonunun Şəfəq kəndində xatırlamadığı bir şəxsin hərbi xidmətə getməsi ilə bağlı təşkil edilmiş məclisdə iştirak etmiş və orada spirtli içki qəbul etmişdir. Bundan sonra tanımadığı bir şəxs ona narkotik vasitə olan marixuana vermiş o da çəkmişdir. Aldığı adamı tanımır. Məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xəttalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında tənbeh tədbirləri görülməsi üçün qərar aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə göndəriləməsi qərar alınmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 04 avqust 2023-cü il tarixli, 1981/2023 nömrəli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sidikdə THC (marixuana) aşkar edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 04 avqust 2023-cü il tarixli, 1300 nömrəli rəyindən görünür ki, Şəxs spirtli içkilərdən epizodik istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən əzab çəkmir. Narkomaniya xəstəliyindən və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri Narkoloji Dispanserinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, marixuana qəbul edən şəxslərdə narkotik vasitə sidikdə əgər 1 dəfə qəbul edilirsə 3 gün, əgər mütəmadi qəbul edilirsə 36 gün ərzində təyin olunur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə Şəxs narkotik vasitəni əldə etdiyi mənbəni gizlətməsini, bu barədə verdiyi qeyri-səmimi ifadəsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 10 avqust 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar