Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-605/2023 10.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə Yusifov X5 rayonu Dəliməmmədli şəhəri ərazisində polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 izahatında göstərdi ki, polis əməkdaşları 09 avqust 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Şəxs həmin tarixdə, saat 11:30 radələrində Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisində polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmadığını bildirmişdir. Şəxs hərəkətlərində İXMin 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, ailəsini ticarətlə dolandırır. Belə ki, xx.xx.2023-cü il tarixdə Dəliməmmədli şəhərinin mərkəzində qarpız satan zaman Goranboy RPŞ-nin əməkdaşları ona yaxınlaşmış və qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirdiklərini bildirərək qarpızları yığmasını demişlər. Bu səbəbdən aqressivləşmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, polis əməkdaşları Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri Nicat Nəbiyev, Nuru Əliyev və Elmin Allahverdiyevdən də üzr istəmişdir və sonuncular ondan şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin Post-patrul xidməti böülüyünün polis nəfəri, polis serjantı X7 izahatında göstərdi ki, o, 2023-cü ilin 09 avqust tarixdə təxminən saat 11:30 radələrində Goranboy rayon, Dəliməmmədli şəhərində PPXBnün polis nəfəri, polis serjantları Nuru Əliyev və Elmin Allahverdiyev ilə Goranboy rayon Dəliməmmədli şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirən zaman Goranboy rayon Dəliməmmədli şəhərinin mərkəzi küçəsində qanunsuz küçə ticarəti aşkar etmişlər, daha sonra onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra vətəndaşa qanunsuz küçə ticarəti ilə məşğul olduğunu izah etmişlər. Adı sonradan məlum olan Şəxs küçədə, içtimai yerdə onların ünvanına uca səslə nəlayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı nizam intizama dəvət etsə də həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Şəxs etdiyi əməllərdən dolayı onlardan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Goranboy RPŞ-nin PPXB-ninn polis serjantı, Əliyev NuruTəmraz oğlu, Goranboy RPŞ-nin PPXB-ninn polis serjantı, X1 şahid X3 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin post-patrul xidməti bölüyünün, polis serjantı Nicat Nəbiyev tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 09 avqust 2023-cü il tarixli raportdan görünür ki, 2023-cü ilin 09 avqust tarixdə təxminən saat 11:30 radələrində Goranboy rayon, Dəliməmmədli şəhərində PPXB-nün polis nəfəri, polis serjantları Nuru Əliyev və Elmin Allahverdiyev ilə Goranboy rayon Dəliməmmədli şəhərində qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirən zaman Goranboy rayon Dəliməmmədli şəhərinin mərkəzi küçəsində qanunsuz küçə ticarəti aşkar etmişlər, daha sonra onlar vətəndaşa yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra vətəndaşa qanunsuz küçə ticarəti ilə məşğul olduğunu izah etmişlər. Adı sonradan məlum olan Şəxs küçədə, içtimai yerdə onların ünvanına uca səslə nəlayiq ifadələr işlətmişdir. Onlar həmin vətəndaşı nizam intizama dəvət etsə də həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 09 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 15:46-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-605/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-605/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver