Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-606/2025 21.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli 19 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 19 aprel 2025-ci il tarixdə Goranboy şəhəri, Rövşən Mustafayev küçəsində ictimai yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində Goranboy şəhərində Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elvin Muradov və Goranboy RPŞ-nin PPX-nin tağım komandiri Ehtiram Şoşanzadə xidmətdə olarkən Goranboy şəhər Rövşən Mustafayev küçəsində yerləşən “İnşaat” malları mağazasının qarşısında Şəxs müəyyən olunmayan yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər, ona dəfələrlə inşaat mallarını küçədən yığışdırmasına şifahi xəbərdarlıq etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar ərazinin polis sahə rəisi olaraq onu həmin yerə dəvət etmişlər. Həmin vaxt Şəxs onun tərəfindən hüquqları izah edilmiş, lakin buna baxmayaraq o yenidən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Goranboy şəhəri, R. Mustafayev küçəsində yerləşən “İnşaat” malları mağazasının sahibidir. xx.xx.2025-ci il tarixdə təxminən saat 11 radələrində Goranboy RPŞ-nin əməkdaşları ona yaxınşaşaraq özlərini təqdim etmişlər və küçə ticarəti ilə məşğul olduğunu bildirərək malların yığışdırılmasını tələb etmişlər. Bu zaman polis əməkdaşı ilə aralarında mübahisə yaranmış və o, əsəbləşərək aqressiv hərəkətlər edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin tağım komandiri X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində Goranboy şəhərində Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Elvin Muradov ilə birlikdə xidmətdə olarkən Goranboy şəhər Rövşən Mustafayev küçəsində yerləşən “İnşaat” malları mağazasının qarşısında Şəxs müəyyən olunmayan yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər, ona dəfələrlə inşaat mallarını küçədən yığışdırmasını şifahi xəbərdarlıq etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirdi, daha sonra onlar ərazinin polis sahə rəisi Elxan Fərəcovu həmin yerə dəvət etmişlər, yenidən ona sahə rəisi tərəfindən hüquqları izah edilsə də Şəxs yenidən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X5 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin tağım komandiri Ehtiram Şoşanzadə və Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elvin Muradov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:20 radələrində Goranboy şəhərində Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Elvin Muradov ilə birlikdə xidmətdə olarkən Goranboy şəhər Rövşən Mustafayev küçəsində yerləşən “İnşaat” malları mağazasının qarşısında Şəxs müəyyən olunmayan yerdə qanunsuz küçə ticarəti ilə məşğul olmasını aşkar etmişlər, ona dəfələrlə inşaat mallarını küçədən yığışdırmasını şifahi xəbərdarlıq etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirdi, daha sonra onlar ərazinin polis sahə rəisi Elxan Fərəcovu həmin yerə dəvət etmişlər, yenidən ona sahə rəisi tərəfindən hüquqları izah edilsə də Şəxs yenidən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra Şəxs RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Odur ki, raport üzrə şöbənin aidiyyəti əməkdaşlarına göstəriş verilməsini xahiş edilmişdir. “İnzibati qaydada tutma haqqında” 19 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:05-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs əsassız olaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 19 aprel 2025-ci il tarixdən, saat 12:05-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-606/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-606/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver