Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-608/2025 06.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 iştirakı ilə, «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 10 aprel 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, ««X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 425000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 28 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 425000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytaılmamışdır. Xəta 01 mart 2025-ci il tarixdə hüququ şəxsin qeyd edilən ünvanında törədilmişdir. Bununla da «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X5 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EP № ******* nömrəli Protokol tərtib edilərək İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilir. Bildirir ki, protokol əsassız tərtib edilmişdir, bu səbəbdən də ləğv edilməlidir. İşin faktiki halları: “X8 Sanayi və Ticaret A. Ş.-nin Azərbaycan Respublikasındakı Filialı” (“Alıcı”) ilə Türkiyə Respublikasının “X1 ve Dış Ticaret A. Ş.” (“Satıcı”) ilə aramızda bağlamış olduğu xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, almaq niyyətində olduğu inşaat işlərində istifadə edə biləcəyi müxtəlif növ materiallar üçün xx.xx.2023-cü il tarixində 275000 USD həcmində avans məbləği ABB ASC hesabından, eyni tarixdə 425000 USD həcmində avans vəsaiti Ziraat Bank Azərbaycan ASC-də olan hesabdan olmaqla, ümumilikdə, Satıcı şirkətin bank hesabına 700000 USD həcmində vəsait avans olaraq köçürülmüşdür. Malların tədarükü satıcı şirkət tərəfindən gecikdirildiyi üçün Müqavilənin 6.2-ci bəndinə əsasən, avans qaydasında ödəmiş olduğu vəsaiti geri tələb etmişdir. Ödəniş olduğu avans məbləğinin tam həcmi yerli müvəkkil banklara ayrılıqda deyil, ümumilikdə ABB hesabına xx.xx.2025-ci il tarixdə qaytarılmışdır. Tərəfindən avans məbləğinin geri qaytarılması üçün Azərbaycan Beynəlxalq Bankından 6-2-51/2-170/25 saylı arayış alınaraq swift sənədi ilə birlikdə Ziraat Banka göndərilmişdir. Ziraat Bankla olan email yazışmaları Qoşmaya əlavə edilir. Avans məbləği geri qaytarılarkən Satıcı şirkətin (X1 ve Dış Ticaret A. Ş.) müvəkkil bankı (VakıfBank, Zeytinburnu şubesi) tərəfindən swift sənədində invoysun nömrəsinin səhv yazılması nəticəsində Alıcının müvəkkil bankı (Ziraat Bank Azərbaycan ASC) eyniləşdirmə apara bilmədiyini iddia edərək avans ödənişini qəbul etməmişdir. Sənədlərə müqayisəli şəkildə nəzər yetirdikdə bütün məlumatları eynilik təşkil etdiyi, invoysun nömrəsinin Satıcı şirkətin müvəkkil bankının texniki yanlışığı nəticəsində səhv yazıldığı aydın görünür. Yol verilmiş yanlışlıq onalrın təqsiri nəticəsində meydana gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1- ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 75.0.3 və 75.0.7-ci maddələrinə əsasən, inzibati xəta törətməkdə şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların sırasına daxildir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı araşdırmalıdır. Məhkəmə öz səlahiyyətləri çərçivəsində sorğular verməklə, həmin müqavilə əsasında başqa avans köçürməmizin olmadığını müəyyənləşdirmək imkanlarına malikdir. Azərbaycan Respublikasının 60-cı maddəsinin İİ. Hissəsinə əsasən, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli Qərarına əsasən, Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cümmaddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarına əsasən, avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Məlum olduğu kimi, Plenumun istinad olunan Qərarında Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” nəzərdə tutulur. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə əsasən “Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.” Tərəfindən avans məbləğinin geri qaytarılması üçün növbəti dəfə Azərbaycan Beynəlxalq Bankından 6-2-51/2-421/25 saylı arayış alınaraq swift sənədi ilə birlikdə Ziraat Banka göndərilmişdir. Ziraat Bank Azərbaycan ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən razılıq olmadan avans məbləğini qəbul edə bilməyəcəklərini bildirmişdir. Ziraat Bankla olan email yazışmaları Qoşmaya əlavə edilmişdir. Sözügedən Qaydaların istinad olunan bəndi ilə avans kimi ödənilmiş vəsaitin geri qaytarılması üçün 2 illik müddət müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “X8 Sanayi və Ticaret A. Ş.-nin Azərbaycan Respublikasındakı Filialı” avans ödənişlərini xx.xx.2023-cü il tarixlərində etmiş, lakin, Qaydalarla nəzərdə tutulmuş 2 illik müddət tamamlanmadan xx.xx.2025-ci il tarixdə həmin vəsaitlər Filialın ABB ASC-də olan bank hesabına tam şəkildə geri qaytarılmışdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, inzibati xəta hadisəsi ümumiyyətlə mövcud deyil və yaranmayıb. Odur ki, işin faktiki hallarını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.4-cü bəndinin tələbini rəhbər tutaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən“X8 Sanayi və Ticaret A. Ş.-nin Azərbaycan Respublikasındakı Filialı” barəsində tərtib edilən EP № ******* nömrəli Protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 10 aprel 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 425000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 28 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 425000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytaılmamışdır. İş materiallarına əlavə olunmuş Ziraat Bankın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müştəri «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı xx.xx.2025-ci il tarixində 700000 vəsaitin Azərbaycan Respublikası Beynəlxalq Bank ASC-yə qaytarıldığını bildirmişdir. Təqdim olunan swift sənədində invoys nömrəsini eyniləşdirə bilmədiyindən və müştəri sirri təşkil edən məlumatın Azərbaycan Respublikası Beynəlxalq Bank ASC ilə dəqiqləşdirilməsi mümkün olmadığından bağlanılmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankından 6-2-51/2-170/25 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə daxil olan 700000 USD vəsaitin 275000 USD hissəsi xx.xx.2023-cü ildə istifadə olunan avansın bağlanmasına istifadə olunmuşdur. Qalan 425000 USD vəsait ixrac təyinatı üzrə hesaba mədaxil edilməyib və ixrac YGB-ləri üzrə bağlanılmayıb. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankından 6-2-51/2-421/25 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə daxil olan 700000 USD vəsaitin 425000 USD vəsait ixrac təyinatı üzrə hesaba mədaxil edilməyib və ixrac YGB-ləri üzrə bağlanılmayıb. xx.xx.2025-ci ildə X4 T.A.O-dan VOS1USD250002780 referenslə MT düzəlişi daxil olmuşdur. ` İş materiallarına əlavə olunmuş Referens nömrəsi 2660 olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 425000 USD vəsait benefisiar bank X3 köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 700000 USD vəsait (275000 USD və 425000 USD olmaqla) benefisiar bank X3 köçürülmüşdür. 10 aprel 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, ««X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 425000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 28 fevral 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 425000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytaılmamışdır. Lakin Azərbaycan Beynəlxalq Bankının 6-2-51/2-170/25 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə daxil olan 700000 USD vəsaitin 275000 USD hissəsi xx.xx.2023-cü ildə istifadə olunan avansın bağlanmasına istifadə olunmuşdur. Qalan 425000 USD vəsait ixrac təyinatı üzrə hesaba mədaxil edilməmiş və ixrac YGB-ləri üzrə bağlanılmamışdır. Azərbaycan Beynəlxalq Bankının 6-2-51/2-421/25 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə daxil olan 700000 USD vəsaitin 425000 USD vəsait ixrac təyinatı üzrə hesaba mədaxil edilməyib və ixrac YGB-ləri üzrə bağlanılmamışdır. xx.xx.2025-ci ildə X4 T.A.O-dan VOS1USD250002780 referenslə MT düzəlişi daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məxaric olunan 700000 USD vəsait xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə xx.xx.2023-cü ildə istifadə olunan avansın bağlanmasına istifadə olunmuşdur. Qalan 425000 USD vəsait ixrac təyinatı üzrə hesaba mədaxil edilməyib və ixrac YGB-ləri üzrə bağlanılmamışdır. xx.xx.2025-ci ildə X4 T.A.O-dan VOS1USD250002780 referenslə MT düzəlişi daxil olmuşdur. Beləliklə, “X8 Sanayi və Ticaret A. Ş.-nin Azərbaycan Respublikasındakı Filialı” avans ödənişlərini xx.xx.2023-cü il tarixlərində etmiş, lakin 2 illik müddət tamamlanmadan xx.xx.2025-ci il tarixdə həmin vəsaitlər Filialın ABB ASC-də olan bank hesabına geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün ödənişin aparıldığı gündən 2 (iki) il müddətində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və ya həmin məbləğdə valyuta vəsaitinin geri qaytaılmaması zəruri olduğundan, xx.xx.2025-ci il tarixdə 1131CT********** referensi ilə vəsait daxil olduğundan «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi olmadığından «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «X8 Sanayi ve Ticaret Anonim Şirketi»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 10 aprel 2025-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-608/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-608/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver