Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-609/2023 11.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhımmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonu Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla Goranboy rayonu Veyisli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 avqust 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X3 23 iyul 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 11 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə saat 16 radələrində Goranboy şəhəri, E. Namazoğlu küçəsi ev 10-da şəxsi münasibətlərinin pozulması zəmnində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminə və Goranboy RPŞ-nǝ müraciətləri əsasında toplanmış HK-1-1253 və HK-1-1254 saylı materiallar üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Zərərçəkmiş şəxs ve Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Beləliklə Zərərçəkmiş şəxs ve Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-ne göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 11 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində borcunu Zərərçəkmiş şəxs almaq məqsədi ilə Goranboy rayonu, Kəpənəkçi kəndində yaşadığı evə getmişdir. Həmin vaxt Rahilə Əsgərova onun qarşısına çıxmış və o borcunu tələb etdikdə aralarında mübahisə yaranmışdır. Rahilə Əsgərova ilə bir-birilərinin saçından tutaraq xəsarət yetirmişlər. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Goranboy şəhəri, E. Namazoğlu küçəsində Şəxs ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs əlləri ilə onun boğazından tutaraq sıxmışdır. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X5 tərəfindən Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs oğlunun barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 433 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsindən uzun müddət keçdiyindən və ilkin tibbi sənədləri olmadığı üçün onun bədəni üzərində xəsarət aşkar olunmamışdır; Zərərçəkmiş şəxsnən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxslərin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-609/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-609/2023
11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver