Məhkəmə qərarları › İş №3(045)-609/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-609/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-609/2025 22.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cə ildə Goranboy rayonu Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Alpout kəndində qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 aprel 2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 22 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Məmmədov X5 Rayon Məhkəməsinin e-2(045)- 1804/2023 nömrəli, 30.11,2023-cü il tarixli və Goranboy Rayon Məhkəməsinin 2(045)- 1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 23228 manat məbləğində borcunu ödəməkdən qəsdən yayınmışdır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin e-2(045)-1804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 20220 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin e-2(045)- 1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3800 manat məbləğində pul vəsaiti və 58 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Borclu Şəxs icra sənədlərində göstərilən borcların ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs borcunu ödəmədiyi üçün ona xəbərdarlıq göndərilməsinə baxmayaraq, məhkəmə qərarı üzrə öhdəliyini icra etməmiş, məhkəmə qərarı çıxarılan gündən indiyədək X4 1000 manat ödəniş etmiş, lakin Zərərçəkmiş şəxs2 heç bir ödəniş etməmişdir. Hazırda icra sənədləri üzrə qalıq borcu 23228 manat təşkil edir. “Elektron İcra “ İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir aşkar olunmamışdır. Bugünkü tarixdə borclu Məmmədov X5 Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və iş üzrə izahatı alınmışdır. O, izahatında məhkəmə qərarlarından xəbərdar olduğunu, maddi imkanı olmadığı üçün ödəniş edə bilmədiyini, adına əmlak və gəlir olmadığını, hazırda borcundan heç bir ödəniş edə bilmədiyini, lakin hissə-hissə icra edə bildiyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, tələbkar X1 borca götürdüyü pulun bir qismini ödəmiş və qalıq qalan borcun ödənilməsi ilə bağlı sonuncu ilə razılıq əldə etmişdir. Lakin, Zərərçəkmiş şəxs1 ilə aralarında əldə olunmuş razılığa baxmayaraq, onu məhkəməyə vermişdir. Digər tələbkar Zərərçəkmiş şəxs2 isə münasibətdə qeyd edir ki, ona 3800 manat məbləğində borcu yaranmış və onun maddi vəziyyəti həmin borcu birdəfəlik ödəməyə imkan vermir. Belə ki, o, Gəncə şəhərində yerləşən “Altun” adlı restoranda ofisiant kimi çalışır və gündəlik 15 manat qazanc əldə edir. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs borcundan heç bir ödəniş etməmişdir. Hazırda o, yaranmış borcunun tam şəkildə ödənilməsini istəyir, əks təqdirdə məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edlməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs bugünədək borcundan 1000 manat ödəniş etmiş və qalıq qalan borcunu bir ay müddətində ödəyəcəyinə söz vermişdir. Hazırda Şəxs ona 19220 manat borcu qalmış və o, pulun tam şəkildə ödənilməsini istəyir, əks təqdirdə məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin e-2(045)-1804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 20220 manat məbləğində pul vəsaiti və 150 manat dövlət rüsumu tutularaq tələbkar X3 xeyrinə ödənilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli 77034/2024-9-11- 004 nömrəli bildirişin surətindən görünür ki, borclu Məmmədov X5 Rayon Məhkəməsinin e-2(045)-1804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon Məhkəməsinin e-2(045)-1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3800 manat məbləğində pul vəsaiti və 58 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən və həmin tarixli e333571/2024-9-11- 004 nömrəli bildirişin surətindən görünür ki, borclu Məmmədov X5 Rayon Məhkəməsinin e-2(045)-1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin “icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Goranboy Rayon Məhkəməsinin e- 2(045)-1804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Goranboy Rayon Məhkəməsinin e-2(045)-1026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin “borclunun icradan qaçması haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, borclu Şəxs polis əməkdaşları tərəfindən şöbəyə təvil verilmiş və izahatı alınan zaman borclu şöbədən qaçmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədini icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi, zərərçəkmişlərin (tələbkarların) izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs özünü qismən təqsirli bilməsi və yaranmış borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməməsi barədə izahatı özünü müdafiə cəhdi və məsuliyyətdən yayınma kimi qiymətləndirir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, zərərçəkmişlərin mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 aprel 2025-ci il tarixdən, saat 15:55-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar