Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-62/2023 19.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Veysili kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə Goranboy rayonu Veyisli kənd sakini Şəxs CAB-ın əməliyyat müvəkkili Elnur Ağalarlının qanuni tələblərinə qəsdən tabe olmayaraq ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 izahatında göstərdi ki, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elnur Ağalarlı 18 yanvar 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək həmin tarixdə saat 16:00 radələrində Goranboy rayonu Veyisli kənd sakini Şəxs polis əməkdaşının ünvanına uca səslə nalayiq ifadələr işlətməsi və polisin əməkdaşlarının qanuni tələbinə qəsdən olmamasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 16:00 radələrində polis əməkdaşı onların yaşadığı Goranboy rayonunun Veyisli kəndinə gələrək bacısı Pakizə RPŞ-yə dəvət etmişlər. Bacısı İ dərəcə əlil olduğundan polis əməkdaşının bacısını RPŞ-yə aparmasına icazə verməmiş və nalayiq ifadələr işlətmişdir. O, əsəbi olduğundan polis əməkdaşı onu dəfələrlə nizam-intizama dəvət etsə də, o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Əlavə olaraq bildirir ki, İİ dərəcəli əlildir. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində RPŞ-nin təhqiqat bölməsinin icraatında olan materiallar əlaqədar olaraq TB-nin rəisi polis mayoru X6 rayon Veyisli kənd sakini Pakizə adlı qadının RPŞ-yə izahatının alınması məqsədilə dəvət etməyini xahiş etmişdir. O, Pakizə adlı qadının RPŞ-nə dəvət etilməsi məqsədilə onun yaşadığı ünvana getmişdir. Pakizə adlı qadının qapısı döyən zaman adı sonradan ona məlum olan sonuncunun qardaşı Veyisli kənd sakini Şəxs küçəyə çıxaraq nə üçün Pakizə adlı qadını çağırdığını soruşmuşdur. O, özünü təqdim etdikdən sonra Pakizə xanımın barəsində RPŞ-nin TB-də şikayət materialının olduğunu və onun polis şöbəsinə dəvət etmək məqsədilə gəldiyini bildirmişdir. Bu zaman Şəxs küçədə uca səslə onun və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Tərəfindən Şəxs dəfələrlə nizam-intizama dəvət edilsə də, o öz qərəzli hərəkətlərini qəsdən davam etdirirdi. Bundan sonra xidmətdə olan PPXB-nün əməkdaşları tağım komandiri Ehtiram Şoşanzadə və PPXB-nün polis nəfərləri Kamran Əsədov və Xaqan Əliyevi həmin ünvana çağırıb Şəxs RPŞ-yə dəvət edərək NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin taqım komandiri X4 bildirdi ki, Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elnur Ağalarlının çağırışına əsasən Goranboy rayonunun Veyisli kəndinə hadisə yerinə getmişlər. Onlar həmin ünvana çatarkən Şəxs dəvət edərək PPX maşına əyləşdirərək RPŞ-yə gətirmişlər. Şəxs həmin zaman onların tələblərini yerinə yetirmiş və heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri X5 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elnur Ağalarlı tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində RPŞ-nin təhqiqat bölməsinin icraatında olan materiallar əlaqədar olaraq TB-nin rəisi polis mayoru X6 rayon Veyisli kənd sakini Pakizə adlı qadının RPŞ-yə izahatının alınması məqsədilə dəvət etməyini xahiş etmişdir. O, Pakizə adlı qadının RPŞ-nə dəvət etilməsi məqsədilə onun yaşadığı ünvana getmişdir. Pakizə adlı qadının qapısı döyən zaman adı sonradan ona məlum olan sonuncunun qardaşı Veyisli kənd sakini Şəxs küçəyə çıxaraq nə üçün Pakizə adlı qadını çağırdığını soruşmuşdur. O, özünü təqdim etdikdən sonra Pakizə xanımın barəsində RPŞ-nin TB-də şikayət materialının olduğunu və onun polis şöbəsinə dəvət etmək məqsədilə gəldiyini bildirmişdir. Bu zaman Şəxs küçədə uca səslə onun və polisin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Tərəfindən Şəxs dəfələrlə nizam-intizama dəvət edilsə də, o öz qərəzli hərəkətlərini qəsdən davam etdirirdi. Bundan sonra xidmətdə olan PPXB-nün əməkdaşları tağım komandiri Ehtiram Şoşanzadə və PPXB-nün polis nəfərləri Kamran Əsədov və Xaqan Əliyevi həmin ünvana çağırıb Şəxs RPŞ-yə dəvət edərək NH-yə təhvil vermişlər. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:01-də inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyindı Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Goranboy rayon qəbul şöbəsinin 3-17-1/2-10998/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Goranboy rayon Veyisli kənd sakini xx.xx.1965-ci il təvəllüdlü Şəxs şöbədən hər ay 285,28 manat Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyə görə pensiya alır; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs səs-küy salmaqla xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, 2-ci dərəcəli müddətsiz əlil olmasını və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2-ci maddəsinin (2-ci dərəcəli əlil olmasını) və 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-62/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-62/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver