Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-629/2023 14.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X15 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Xocalı şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X9 tərəfindən X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, X12 xx.xx.2023-cü il tarixdə, saat 02:30 radələrində Goranboy rayonunun Xanqərvənd kəndində kustar üsulla hazırlanmış 0,54 qram narkotik vasitəni şəxsi istifadə üçün üzərində gəzdirmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X9 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, RPŞ-nin İTB-dən daxil olmuş raport əsasında toplanmış HK-1-1542 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı Ruslan Abbasov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə verilmişdir. X12 barəsində MN seriyalı ******* nömrəli, 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X12 özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində Goranboy rayon Xanqərvənd kəndində dostu X11 ilə olduğu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmişlər və onları rayon polis şöbəsinə dəvət edib gətirmişlər. Sonra rayon polis şöbəsində onun narkotik vasitənin saxlanılmasında şübhəli olduğunu və üzərinə şəxsi axtarış aparmalarını bildirmişlər. O heç bir etiraz etməmişdir. Rayon polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymağı təklif olundu, o boz rəngli şalvarın sağ yan cinindən bir ədəd içərisində qurudulmuş marixuana olan bükümü masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman video və foto çəkilişdən də istifadə olunmuşdur. Bir kağız bükümdə olan narkotik maddə hesab edilən qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, ağ rəngli üzərində yazısı olmayan zərfdə qoyulmuş və möhürlənərək ekspertiza tədqiqi aparılması üçün qablaşdırılmışdır. O həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 8-9 radələrində dostu Rəvan İbrahimli ilə birlikdə olduğu zaman Goranboy rayonu Xanqərvənd kəndində yolun kənarında tapmışdır, həmin vaxt iki büküm olduğuna görə bükümün birini Rəvan götürmüş digərini isə o şəxsi istifadəsi üçün götürərək üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 02:30 radələrində dostu Şəxs ilə taksi fəaliyyəti ilə məşğul olan Şaiq İsmayılovun avtomaşını ilə Xanqərvənd kəndinə getmişlər və avtomaşından düşüb getmək istədikləri zaman polis əməkdşları onları saxlayıb RPŞ-nə gətirmişlər. Əlavə olaraq həmin narkotik vasitədən heç kimə verməmişdir və satmamışdır. Hazırda etdiyi əməldən çox peşmandır, odur ki, məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X4 məcburi-narkoloji tibbi yoxlama haqqında 11 avqust 2023-cü il tarixli, 1340 nömrəli rəyindən görünür ki, X8 narkotik vasitə olan nannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 avqust 2023-cü il tarixli, 1981/2023 nömrəli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X1 THC (marixuana) aşkar edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2023-cü il tarixli, 16/760 nömrəli rəyindən görünür ki, “xx.xx.2023-cü il tarixdə Goranboy sakini X8 üzərindən aşkar edilərək götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd büküm.” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qəbz kağız bükümündə təmiz çəkisi 0,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 0,48 qr, tədqiqata sərf edildi-0,02 qr, qalıq 0,46 qr. (Aparılmış tədqiqatın dəyəri 32,40 manatdır); İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTQ-yə verilmişdir. Həmin qərardan görünür ki, X8 və Şəxs üzərlərindən götürülmüş içərlərində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan iki ədəd zərf saxlanılması məqsədi ilə məsul saxlanca təhvil verilməsi üçün RPŞ-nin İTB-yə təhvil verilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyləri və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X12 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İXMlə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri X7 tutulub dövlət büdcəsinə keçirilməlidir Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. X12 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Goranboy RPŞ-nin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,46 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci 32,40 (otuz iki manat qırx qəpik) manat X7 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-629/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-629/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver