Məhkəmə qərarları › İş №3(045)-63/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-63/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-63/2023 19.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonunun Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kəlbəcər rayonunun Bağırlı kəndində qeydiyyatda olan və Goranboy rayonunun Veyisli kəndində yaşayan Şəxs barəsində Goranboy rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində Goranboy RPŞ-nin inzibati binasında Şəxs ünvanlıünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Mahir Cəfərov 18 yanvar 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək həmin tarixdə saat 13:00 radələrində Şəxs Goranboy RPŞ-nin inzibati binasında polis əməkdaşlarının iş otağında uca səslə ünvanlı-ünvansız nalayiq söyüş söyməsi və polisin əməkdaşlarının qanuni tələbinə qəsdən olmamasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 18 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onu RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ona Goranboy rayonu Yeni Veyisli qəsəbəsində X2 evinin həyətindəki tövlədən 2000 manat dəyərində xırda buynuzlu heyvanlarının oğurlanması faktı ilə əlaqədar suallar vərən zaman o, əsəbləşərək oğurluq edənin və ona şər atanın ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, əsəbi olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Goranboy rayonu Yeni Veyisli qəsəbəsində X2 evinin həyətindəki tövlədən 2000 manat dəyərində xırda buynuzlu heyvanlarının oğurlanması faktı ilə əlaqədar xx.xx.2023cü il tarixdə saat 13:00 radələrində Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Şərifov ilə birlikdə oğurluq olan evin qonşuluğunda yaşayan, qeyd olunan oğurluqda şübhəli olan, əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuş, Goranboy rayonu Veyisli kənd sakini Şəxs Goranboy RPŞ-nin İB-də dindirilməsi üçün Goranboy rayonu Veyisli kəndi ərazisində saxlanılaraq Goranboy RPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs hadisə ilə bağlı xidməti iş otağında suallar verərkən o, aqressiv şəkildə verdikləri suallara cavab verməyəcəyini bildirib, uca səslə qışqıraraq ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman onlar Şəxs dəfələrlə sakitləşməsini tələb edib nizam-intizama dəvət edsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaq öz qərəzli hərəkətlərinə davam etmişdir. Bundan sonra vətəndaş Şəxs Goranboy RPŞ-nin NH-nə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X7 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Mahir Cəfərov tərəfindən rəhbərliyə ünvanlanmış 18 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Goranboy rayonu Yeni Veyisli qəsəbəsində X2 evinin həyətindəki tövlədən 2000 manat dəyərində xırda buynuzlu heyvanlarının oğurlanması faktı ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Goranboy RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Elvin Şərifov ilə birlikdə oğurluq olan evin qonşuluğunda yaşayan, qeyd olunan oğurluqda şübhəli olan, əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məhkum olunmuş, Goranboy rayonu Veyisli kənd sakini Şəxs Goranboy RPŞ-nin İB-də dindirilməsi üçün Goranboy rayonu Veyisli kəndi ərazisində saxlanılaraq Goranboy RPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs hadisə ilə bağlı xidməti iş otağında suallar verərkən o, aqressiv şəkildə verdikləri suallara cavab verməyəcəyini bildirib, uca səslə qışqıraraq ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman onlar Şəxs dəfələrlə sakitləşməsini tələb edib nizam-intizama dəvət edsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaq öz qərəzli hərəkətlərinə davam etmişdir. Bundan sonra vətəndaş Şəxs Goranboy RPŞ-nin NH-nə təhvil verilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsinə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir; “İnzibati qaydada tutma haqqında” 18 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:50-də inzibati qaydada tutulmuşdur; Goranboy Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 3(045)-445/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs əsassız olaraq onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs nalayiq ifadələr işlədərək onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində tərəfindən təkrar eyni inzibati xətanın törədilməsini İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Belə ki, iş materiallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 3(045)-445/2022 nömrəli qərarı ilə Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 22:50-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar