Məhkəmə qərarları › İş №3(045)-637/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-637/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-637/2023 15.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş vəzifəli şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Goranboy rayonunun Cinliboluslu kəndində doğulmuş, işləməyən, Goranboy rayonunun Cinliboluslu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 15 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş vəzifəli şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 avqust 2023-cü il tarixli qərara əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində arvadı ilə aralarında münaqişə baş vermiş, onu döymüşdür. Əməlindən peşiman deyildir. Çünki Gülnarə onun anasını döymüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023cü il tarixdə, saat 15 radələrində əri Şəxs onu döymüşdür. O, Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyinin MTE və PAB-nin PHŞ-nin 467 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəsağ və sol budun, döş qəfəsinin qançırları küt əşyanın, qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə təni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən dəmir parçası ilə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Şəxs Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə təqdim və tədqiq olunmuş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını özünü müdafiə xarakteri daşıması qənaətinə gəlir və məsuliyyətdən yaxa qurtarmağa yönəlik hərəkət kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin izahatı, bunu tamamlayan ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alıb barəsində yuxarı həddə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar