Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-64/2023 23.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 23 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Həsənov X4 qəsəbəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Samir Məmmədov və PPXB-nün polis nəfərləri 04 yanvar 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Hüseyn adlı şəxsin tərəflərindən dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq ünvanılı-ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən tabe olmamasını bildirmişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 04 yanvar 2023-cü il tarixdə Ziyad Novruzovun həyətində oğlu Nicat əsgərlikdən gəldiyi üçün yığıncaq təşkil olunmuşdur. O, VAZ 21213 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərxoş halda yığıncaqda olan dostları ilə birlikdə maşın idarə edərkən YPX əməkdaşları onun idarə etdiyi avtomobili saxlatmış və ondan sənədlərini təqdim etməsini tələb etmişlər. O, isə sənədlərinin olmamasını bildirmiş və YPX əməkdaşları ondan sərxoşluq müayinəsindən keçməsini tələb etdikdə o, nalayiq ifadələr işlədərək avtomobili yüksək sürətlə sürərək oradan uzaqlaşmışdır. Axşam radələrində Goranboy RPŞ-nin əməkdaşları Ziyad Novruzovun ünvanına gələrək onu Polis şöbəsinə aparmaq istəmişdilər. Həmin zaman o, digərləri ilə birlikdə polis əməkdaşları ilə mübahisə etmiş və polis əməkdaşlarının onu RPŞ-yə aparmasına maneçilik törətmişdir. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə o, sərxoş olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X10 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində dislokasiya üzrə xidmətdə olan zaman DYP-nin əməkdaşları əl rabitəsi vasitəsi ilə onları köməyə çağırmışlar. Onlar deyilən ünvana yaxınlaşan zaman Lada (Vaz) Niva markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişinlərin DYP əməkdaşları ilə uca səslə danışaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və yaxənlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün köməyə şəhər postunu hadisə yerinə dəvət etmişlər. Bundan sonra vətəndaş Hüseyn adlı şəxs və qohumları Ziya, Əmrah, Nicat, Elvin, Elçin, Pərvizin barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət edən zaman onlar gəlməyəcəklərini bildirib bir daha uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək qərəzli şəkildə polisin qanuni tələblərinə qəsdən tabe olmadılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri X5 və X2 iş üzrə digər şahid X7 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Samir Məmmədov tərəfindən rəhbərliyə ünvanlanmış 04 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X9 ilə birlikdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində xidmətdə olan zaman VAZ 21213 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saat təxminən 16:35 radəlində sərnişin daşıma və manevr etmə qaydalarını pozduğu üçün tərəflərindən sayrışan işıqlar vasitəsi ilə saxla işarəsi verildi. VAZ 21213 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomaşını saxladıqdan sonra DYPB-nin YPX-nin inspektoru X1 yaxınlaşaraq özünü ona təqdim edib pozduğu yol hərəkət qaydalarını izah etdikdən sonra Bort komputer vasitəsi ilə yoxlayan zaman həmin avtomaşını ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi aşkar edilmişdir. Şəxs ilə ünsiyyət zamanı kəskin şəkildə spirtli içki iyi gəldiyi üçün onlar Şəxs sərxoş olub-olmamasını yoxlamaq üçün alkotesterdən keçkməyə dəvət etmişlər. Bu zaman sürücü H.Həsənv alkotesterdən keçməkdən imtina etmiş və ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələblərini yerinə yetirməyərək hərəkətini davam etdirərək yüksək sürətlə sürüb getmişdir. Odur ki, VAZ 21213 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; Goranboy RPŞ-nin PPXB-nün polis nəfərləri Ceyhun Yusibov, Nicat Nəbiyev, Elmin Allahverdiyev və Kamran Əsədov tərəfindən rəhbərliyə ünvanlanmış 04 yanvar 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:45 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində dislokasiya üzrə xidmətdə olan zaman DYP-nin əməkdaşları əl rabitəsi vasitəsi ilə onları köməyə çağırmışlar. Onlar deyilən ünvana yaxınlaşan zaman Lada (Vaz) Niva markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişinlərin DYP əməkdaşları ilə uca səslə danışaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və yaxənlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmadıqları üçün köməyə şəhər postunu hadisə yerinə dəvət etmişlər. Bundan sonra vətəndaş Hüseyn adlı şəxs və qohumları Ziya, Əmrah, Nicat, Elvin, Elçin, Pərvizin barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət edən zaman onlar gəlməyəcəklərini bildirib bir daha uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək qərəzli şəkildə polisin qanuni tələblərinə qəsdən tabe olmadılar. Odur ki, raportun barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 22 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur; Goranboy Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 3(045)-1072/2022 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokollar, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 yanvar 2023-cü tarixdə ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 04 yanvar 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində tərəfindən təkrar eyni inzibati xətanın törədilməsini İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alınır. Belə ki, iş materiallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 3(045)-1072/2022 nömrəli qərarı ilə Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 yanvar 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-64/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-64/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver