Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-643/2023 17.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Xanqərvənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 30 iyul 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən MN seriyalı ******* nömrəli, 17 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Həsənov X5 Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Xanqərvənd kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə zəng edərək Goranboy Rayon Məhkəməsində X10, X4 və Şəxs tərəfindən döyülməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı, ******* nömrəli, 17 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Şəhla ilə onların arasında bir neçə məhkəmə prosesləri olmuşdur. xx.xx.2023-cü il tarixdə növbəti məhkəmə prosesində iştirak etmək üçün Goranboy Rayon Məhkəməsinin inzibati binasına gəlmişdir. Məhkəmə iclas zalında bacısı Lamiyə Həsənovanın vəziyyəti pisləşmiş və ürəyi getmişdir. Bu zaman Zərərçəkmiş şəxs da Goranboy Rayon Məhkəməsinin inzibati binasında olmuşdur. O, kömək etmək məqsədi ilə bacısına yaxınlaşmışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs vurmamış və onu boğmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, bacısı Lamiyə ilə Zərərçəkmiş şəxs sakitləşdirmək məqsədi ilə sonuncunun qollarından tutaraq itələmişdir. Lakin, Zərərçəkmiş şəxs boğmamışdır. Hadisəni məhkəmədə mühafizəçi kimi işləyən Ruslan Quliyev də görmüşdür. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun həmkəndlisidir. Şəxs, Yaqub Həsənov və Lamiyə Həsənova ilə onların arasında məhkəmə mübahisələri vardır. Dəfələrlə həmin şəxslər onu döymüş və təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə növbəti məhkəmə iclasında iştirak edən zaman Lamiyə Həsənovanın ürəyi getmişdir. Daha sonra bunu görən Şəxs onun üzərinə hücum çəkmiş və əli ilə qollarını sıxmış, həmçinin onu itələmişdir. Bundan başqa Şəxs onun boğazından tutsa da, onu boğmamışdır. Yəni, o, ancaq əllərindən xəsarət almışdır. Həmçinin, Şəxs onu söyərək təhqir də etmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, hadisə vaxtı məhkəmədə mühafizəçi kimi işləyən Ruslan Quliyev də orada olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühazifə İdarəsində işləyir. İşi ilə əlaqədar Goranboy Rayon Məhkəməsinə mühafizəçi kimi təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsində keçirilən məhkəmə iclasından sonra səs-küy eşitmiş və dərhal həmin şəxslərə yaxınlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə olduğunu görmüşdür. Həmin vaxt Şəxs Zərərçəkmiş şəxs əlindən tutduğunu və onu itələdiyini görmüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs boğazından tutmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X1 30 iyul 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 462 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) - sol bazunun qançırı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əllə yetirilmə zamanı gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs vurmaması ilə bağlı izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü həmin hissədə təqsirli bilməməsi ilə bağlı dəlilləri məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlarla təkzib olunur. Belə ki: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 462 nömrəli rəyindən göründüyü kimi Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bazunun qançırı küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əllə yetirilmə zamanı gələ bilərdi; - iş üzrə Zərərçəkmiş şəxs izahatında Şəxs xx.xx.2023-cü il tarixdə onun əllərindən tutaraq itələdiyini göstərmişdir; - iş üzrə şahid X6 izahatında Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs əllərindən tutaraq itələdiyini göstərmişdir; - həmçinin, Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirmədiyini bildirsə də, izahatında bacısı Lamiyə ilə Zərərçəkmiş şəxs sakitləşdirmək məqsədi ilə sonuncunun qollarından tutaraq itələdiyini, lakin, Zərərçəkmiş şəxs boğmadığını göstərmişdir. Məhkəmə, Şəxs izahatında göstərdiyi digər xüsusata, yəni Zərərçəkmiş şəxs boğazından tutmamasına dair qeyd edir ki, ümumiyyətlə bu işin mübahisəsiz halıdır. Belə ki, ekspert rəyindən də göründüyü kimi Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət yalnız sol bazunun qançırıdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə iclasında Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 avqust 2023-cü il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-643/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-643/2023
17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver