Məhkəmə qərarları › İş №3(045)-65/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-65/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-65/2024 02.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhımmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonun Ballıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ballıqaya kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 fevral 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X2 20 dekabr 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 02 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Goranboy RPŞ-nin qarşısında şəxsi münasibətlərin pozulması zəmnində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminə və Goranboy RPŞ-nǝ müraciəti əsasında toplanmış HK-1-2433 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Beləliklə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Hazırda onun tərəfindən Şəxs barəsində 02 yanvar 2024cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində onları polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Əsli də polis şöbəsinin qarşısında olmuşdur. Əsli onların barəsində şikayət etmişdir. Əsli onu görən kimi ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Sonra isə Əsli onun üstünə hücum etmiş, o da, Əslinin üstünə hücum edib əli ilə onu itələmişdir. Həmin vaxt Əsli yıxılmamışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə əri Qəzənfərin qəbrinin üstünə gəlmişdir. Qəzənfərin qəbri Goranboy şəhəri ərazisində yerləşən qəbiristanlıqda yerləşir. O, qəbir daşının üstündə onun adının silindiyini görmüşdür. Onun adını qəbir daşının üstündən ögey oğlu Bəhlul, qayınları Zakir və Qəhrəman silmişdirlər. Ona görə də, o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və Goranboy RPŞ-yə gələrək ərizə vermişdir. Həmin vaxt polis şöbəsinin qarşısında olarkən Əfsanə onu görüb üstünə hücum çəkərək əl və təpiklə onu vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin İB-nin baş müstəntiqi X4 tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 805 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sol budun kəsilmiş yarası, kəsici alətin (lərin) o cümlədən şüşə parçası ilə, döş qəfəsinin qançırı isə küt əşyanın (larin) o cümlədən təpiklə yetirilmə zamanı əmələ gələ bilərdi, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, ona görə onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində İXM-in 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar