Məhkəmə qərarları › İş №3(045)-654/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-654/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-654/2025 25.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev X1 Söhrab Valeh oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 24 aprel 2025-ci il tarixdə Goranboy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 24 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin MN-1292572 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilməlidir. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs qərarda göstərilən borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən olunmuş əsaslar olmadan 4000 manat inzibati cəriməni icra etməmişdir. Hazırda qalıq borcu 3550 manat təşkil edir. “Elektron İcra “ İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir yoxdur. Bugünkü tarixdə borclu Şəxs Şöbəyə dəvət edilmiş və iş üzrə izahatı alınmışdır. O izahatında icra sənədindən xəbərdar olduğunu, imkanı olmadığı üçün ödəniş etmədiyini, adına əmlak və gəlir olmadığını, nə vaxt ödəniş edəcəyini bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi halda, məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 38.1, 53 və 109.2-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir. Bununla da, şəxsi cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb etmək mümkün olmadığından, onun barəsində əvvəlki (cərimə növündə) inzibati tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən qanunverici inzibati cərimənin tətbiqi haqqında qərarın icrasını təmin etmək üçün müxtəlif qanuni vasitələr nəzərdə tutmuş və icra məmurlarının üzərinə bu vasitələrdən istifadə etməklə qərarların vaxtında icrasının təmin edilməsi vəzifəsini qoymuşdur. Dövlət orqanlarının üzərinə qoyulmuş vəzifələrin vaxtında və layiqincə icrası isə cəmiyyətin hər bir üzvünün maraqlarının qorunmasına xidmət etməklə yanaşı, ictimai qaydanın mühafizəsini də təmin etmiş olur. Əks hal barəsində inzibati tənbeh tətbiq edilmiş şəxslərdə tənbehin icrasından yayınmağın mümkünlüyü düşüncəsini yaratmaqla, inzibati xətalar qanunvericiliyinin qarşısında duran vəzifələrin həyata keçirilməsinə xələl gətirmiş olar. Hazırkı işin hallarından görünür ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı barəsində xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan şikayət vermə müddəti, yəni 10 gün xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Həmin gündən isə, yəni xx.xx.2022-ci il tarixdən 3 aylıq müddət ərzində Şəxs tərəfindən inzibati cərimənin ödənilməməsi onun əməlində İXM-in 529.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə nəzərə alır ki, İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır və bu iş üzrə şəxsin məsuliyyətə cəlb olunması müddəti 4 (dörd) aydır. Bununla da məhkəmə, belə nəticəyə gəlir ki, Şəxs İXM-in 529.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən olunmuş müddət xx.xx.2023-cü il tarixdən hesablanmalı və xx.xx.2023-cü il tarixdə başa çatmalıdır. Bununla belə, protokol icra məmuru tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilməmiş və nəticədə həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilməli, bununla belə, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, İXM-in 105-106 və 109-cu maddələri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş MN-1292572 saylı, xx.xx.2022-ci il tarixli inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilsin. Qərarın icrası Goranboy rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar