Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-658/2025 26.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Goranboy Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi X6 iştirakı ilə, xx.xx.2008-cı ildə Bərdə rayonunda doğumuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Goranboy rayonunun Xan Qərvənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 dekabr 2024-cü il tarixli “Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. 16 dekabr 2024-cü il tarixli “Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında Şəxs barəsində Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X9 tərəfindən MN seriyalı ******* nömrəli, 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(045)-7/2025 saylı qərarına əsasən Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X3 icraatında olmuş HK-1/2268 və 2280 saylı material üzrə «Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 16 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilsin və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Goranboy rayonu Xanqərvənd sakinləri Şəxs, X4 döymüşdür. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 bildirdi ki, “Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X9 tərəfindən MN seriyalı ******* nömrəli, 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X6 iştirakı ilə dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o,özünü təqsirli bilmir. O X4 vurmamışdır. Goranboy Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X5 iştirakı ilə izahat vermiş zərərçəkmiş şəxs X8 bildirmişdir ki, xx.xx.2024cü il tarixdə Şəxs onu sinə və üz nahiyəsindən vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X1 Goranboy RPŞ-yə verdiyi izahatından, 16 dekabr 2024-cü il tarixli “Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Nemət və Əli adlı şəxslər onun üzərinə gələrək onun üz nahiyəsindən xəsarət yetirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol göz ətrafının, döş qəfəsinin və sol əlin İV barmağının qançırı, proksimal falanqasının başa çatmayan sınığı küt əşyanın, o cümlədən qərarın təsviri hisəsində göstərilmiş şərait və tarixə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vuurlma zamanı əmələ gələ bilərdi, sağlamlığın qısa müddətə pozulmasına səbə olan sağlamlığa yüngül xəsarət vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş HK-1/2268 və 2280 saylı material üzrə araşdırma aparılmış, 16 dekabr 2024-cü il tarixdə “Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(045)-7/2025 saylı qərarından görünür ki, Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X3 icraatında olmuş HK-1/2268 və 2280 saylı material üzrə «Cinayət məsuliyyətindən azad etmə və cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 16 dekabr 2024-cü il tarixli qərarı qanuni hesab edilsin və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icratın dayandırılması haqqında 16 mart 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş icraatın təzlənməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə cinayət işinin başlanılması barədə qərar 16 dekabr 2024-cü il tarixdə qəbul edilmiş və həmin vaxtdan 3 aydan çox müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən, inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasına dair inzibati protokol tərtib etmiş vəzifəli şəxsin izahatına münasibətdə qeyd edir ki, inzibati protokol tərtib etmiş vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və icraatın təzələnməsi barədə qərardadı məhkəməyə təqdim etməmiş, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə nəzərdə tutulmuş müddətlərin başa çatdığını nəzərə alaraq, məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.0.6, 105 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi tətbiq edilməklə Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilsin və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(045)-658/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-658/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver