Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-659/2023 21.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis baş sejantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olan və Ağdam rayonun Baharlı 1 qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən Şəxs barəsində İXM-in 342.9-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30-da KAMAZ 5320 yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xüsusi icazə olmadan çox avazlı səs siqnalı quraşdıraraq idarə etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis baş sejantı X2 izahatında göstərdi ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:30-da Bakı-Qazax yolunun Goranboy rayonuna düşən hissəsində KAMAZ 5320 yük markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun tərəfindən saxla əmri verilmiş və sonuncunun nəqliyyat vasitəsində qadağan olunmuş çox avazlı səs siqnalı aşkar edilmiş və bu fakt video qeydiyyata alınmışdır. Bundan sonra nəqliyyat vasitəsi 723 saylı YPX postunun duracağına gətirilərək sözügedən çox avazlı səs siqnalı Şəxs nəqliyyat vasitəsindən sökülərək götürülmüş və məhkəməyə gətirilmişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində İXM-in 342.9-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində yol patrul xidmətinin əməkdaşları tərəfindən onun avtomobili saxlanmışdır. Həmin vaxt onun avtomobilinə qadağan olunmuş çox avazlı səs siqnalı quraşdırıldığı müəyyən edilmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “CD” diskdən görünür ki, Şəxs idarə etdiyi “KAMAZ 5320” minik markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman motorxana hissədə qadağan olunmuş çox avazlı səs siqnalının quraşdırıldığı aşkar edilmişdir; Məhkəmə, protokolu tərtib edən yol-patrul xidməti inspektorunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məxsus KAMAZ 5320 minik markalı, ** JS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrik hissəsindən götürülərək məhkəməyə təhvil verilmiş xüsusi (çox avazlı) səs siqnalı müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(045)-659/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-659/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver