Məhkəmə qərarları › İş №3(045)-672/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-672/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-672/2024 20.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi Şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Goranboy rayonu, H.Əliyev prospektində xx.xx.2024-cü il tarixdə, saat 10:00-da açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Yəni, Şəxs tərəfindən ona məxsus “Gün eynəkləri” obyekti üzərində icazəsiz reklam yerləşdirilmişdir. Bununla bağlı Şəxs Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən yazılı göstəriş göndərilmiş və həmin göstəriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Lakin buna baxmayaraq, Şəxs tərəfindən həmin yazılı göstərişə riayət olunmamışdır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs dövlət vergi uçotunda qeydiyyata alınmış, lakin VÖEN-ün fəaliyyəti müvəqqəti olaraq dayandırlmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, onun tərəfindən açıq məkanda reklam yerləşdirilməsi qaydaları pozulmuşdur. Belə ki, o, icarəyə götürdüyü obyektə gün eynəklərinin satışı ilə məşğul olmuş, lakin bir müddət sonra gəlir əldə edə bilmədiyi üçün işlətdiyi obyekti bağlamışdır. X5 İdarəsinin əmkdaşları tərəfindən ona yazılı göstəriş göndərilmiş və həmin göstəriş onun tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Obyekt üzərində yerləşdirdiyi reklam haqqını yazılı göstərişi aldığı dövrdə ödəməmişdir. Hazırda onun barəsində protokol tərtib edilib məhkəməyə verildiyini bildikdən sonra o reklam haqqını ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun VÖEN-ü vardır və obyekti işlətdiyi dövrdə aktiv olmuşdur, lakin sonra fəaliyyətini müvəqqəti dayandırmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışından görünür ki, Şəxs (VÖEN **********) vergi orqanında uçota alınmışdır; Agentliyə xx.xx.2024-cü il tarixdə daxil olmuş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizədən görünür ki, “Gün eynəkləri” adlı sahibkarlıq obyektində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək reklam yerləşdirilməsi üçün Şəxs tərəfindən açıq hava məkanında reklamın yerləşdirilməsi barədə icazənin verilməsi üçün müraciət edilmişdir; Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1517 nömrəli, xx.xx.2024-cü il tarixli, 1901 nömrəli və xx.xx.2024-cü il tarixli, 2133 nömrəli aktlardan görünür ki, Şəxs tərəfindən açıq məkanda Goranboy şəhəri, H. Əliyev prospektində yerləşən “Gün eynəkləri” obyekti üzərində qanunvericiliyin tələbləri pozulmaqla reklam yayımlanmışdır; Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli “açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldlrılması barədə” yazılı göstərişdən görünür ki, Goranboy rayonu, Bakı-Qazax yolunda yerləşən, açıq məkanda yayımlanan “Gün eynəkləri” adlı obyektin reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsində nəzərdə tutulan yayım haqqının 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndəriləcəyi bildirilmişdir; Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, Şəxs yazılı göndərişi xx.xx.2024-cü il tarixdə almışdır; Fotoşəkildən görünür ki, “Gün eynəkləri” adlanan obyektdə açıq məkanda reklam yerləşdirmişdir. Hüquqi əsaslandırma: İXM-in 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) yazılı göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir; 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir; 3.3-cü bəndinə əsasən reklam yayıcısının, bu Qaydanın 3.2-ci bəndinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq, pozuntuların aradan qaldırıldığı barədə müvafiq quruma məlumat verdiyi tarixdən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı tarixdən ən geci 3 iş günü ərzində müvafiq qurum pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində yazılı göstəriş verilmiş və həmin yazılı göstəriş Şəxs tərəfindən qəbul edilmişdir. Lakin, həmin yazılı göstəriş vaxtında və tam yerinə yetirilməmiş, bununla da Şəxs tərəfindən İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Qeyd olunan normanı hazırkı işin faktiki halları ilə uzlaşdırdıqda müəyyən edilir ki, X5 İdarəsinin xx.xx.2024-cü il tarixli icrası məcburi olan yazılı göstərişini xx.xx.2024-cü ildə rəsmi qaydada alan obyektin sahibi Şəxs həmin yazılı göstərişi 12 iyun 2024-cü il saat 23:59-dək tam icra etməli olduğu halda etməmiş, nəticədə İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, Şəxs X5 İdarəsinin xx.xx.2024-cü il tarixli icrası məcburi olan yazılı göstərişi qanunla müəyyən edilmiş müddətdə icra etmədikdən sonra tam icra etməsi, onu İXM-in 53-cü maddəsi baxımından törətdiyi inzibati xəta ilə bağlı məsuliyyətə cəlb olunmaqdan azad olunmasına və ya barəsində başlanmış icraata xitam verilməsinə əsas vermir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXMin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar