Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-691/2023 30.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru (probasiya üzrə) X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Balakürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X2 tərəfindən Şəxs barəsində İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 30 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(045)-66/2023 nömrəli icra sənədinə əsasən Şəxs 240 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin qərarına əsasən Şəxs ona təyin olunmuş ictimai işləri yerinə yetirməsi tələb olunmuş, lakin icra məmuru tərəfindən borclu Şəxs ictimai işlərə cəlb etmək mümkün olmamış, Şəxs Bakı şəhərinə gedərək naməlum ünvanda yaşadığı üçün barəsində axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Goranboy Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Goranboy RİPŞ-ə təhvil verilmiş və onun izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru (probasiya üzrə) X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, ona təyin edilmiş 240 (iki yüz qırx) saat ictimai işlər tənbehini icra etməmişdir. Ona bildiriş və xəbərdalıq verilmiş, lakin o, işləmək üçün Bakı şəhərinə getmişdir. Yekunda barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(045)-66/2023 nömrəli qərarından görünür ki, Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 240 (iki yüz qırx) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilmişdir; Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, ona ictimai işlər növündə tənbeh tədbirinin və İXM-in 529.4-cü maddəsinin mahiyyəti izah olunmuşdur (həmin xəbərdarlıq Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir); “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İXM-in 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə - üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq, həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək, ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarını qanuni qüvvəyə mindiyi gündən qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ona görə də, o, İXM-in 529.4-cü maddəsində nəzərə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 avqust 2023-cü il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-691/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-691/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver