Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-692/2023 01.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Goranboy rayonu, Sovetkəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xocalı Rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22 avqust 2023-cü il tarixdə Goranboy rayonu, Qaraçınar kəndində idarə etdiyi “Nisan Maxima” minik markalı **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən polisin saxla işarəsinə baxmayaraq qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, RPŞ-nin İTQ-nin sahə polis nəfəri, polis baş serjantı Elvin Nəsibovun raportu əsasında toplanmış HK-1/285 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin qərarın nəticə hissəsində Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddəs ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTQ-yə verilməsi göstərilmişdir. Həmin qərar əsasında tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 01 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Goranboy Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Nissan Maxima” markalı **-KA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu istiqamətində hərəkətdə olarkən Qaraçinar kəndi ərazisində yerləşən polis məntəqəsinin yaxınlığında olan su quyusunun üzərindəki dəmir qapağı (lyuku) görmüşdür. Bu zaman o, avotomobili saxlayaraq düşmüş və avtomobilinin arxa hissəsinin aşağı görünməsi üçün həmin dəmir qapağı (lyuku) avtomobilin yük hissəsinə qoymuşdur. O, avtomobilin arxa hissəsi yuxarı göründüyü üçün həmin su anbarının yanında olan bir ədəd mişar daşını da avtomobilin yük hissəsinə qoymuşdur. Bundan sonra avtomobili sürərək getmişdir. Goranboy rayon Səfikürd kəndi ərazisində yerləşən gölün yanından gedərkən arxadan post-patrul avtomobilinin onu siqnalladığını görmüşdür. Bu zaman sürətlə hərəkət etdiyi və əyləc sistemində problem olduğu üçün 500 metr qabağa gedərək dayanmışdır. O, avtomobili saxlayıb düşən zaman post-patrul avtomobilinin dönərək geri qayıtdığını görmüşdür. O, Goranboy rayon Qaraçinar kəndi ərazisindən götürdüyü su quyusunun dəmir qapağını (lyuku) marşrutla geri göndərmiş və bu barədə rayon polis şöbəsinə məlumat vermişdir. Daha sonra özü könüllü şəkildə Xocalı RPŞ-yə gəlmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Xocalı RPŞ-nin İTQ-nin sahə polis nəfəri, polis baş serjantı X4 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə həmin kənd ərazisində xidmətdə olan zaman “Nissan Maxima” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşında su quyusunun qapağının (lyukun) aparılması ilə bağlı onlara məlumat verilmişdir. Məlumat əsasında xidməti avtomaşın olan “Fiat Doblo” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə xidməti ərazidən təxminən 1 (bir) km məsafədə, sayrışan işıqlar yanılı vəziyyətdə həmin avtomobilin arxasınca sürərək təqib edib, səs gücləndirici vasitəsilə dəfələrlə ona saxla əmri vermişdirlər. Lakin sürücü onların qanuni əmrinə məhəl qoymayaraq yükəsk sürətlə xidməti ərazini tərk etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs daha sonra Xocalı RPŞ-yə könüllü şəkildə özü gəlmişdir, onlara hər hansı tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı RPŞ-nin TQ-nin təhqiqatçısı X1 31 avqust 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında tədbir görülməsi üçün qərarın icrası Xocalı RPŞ-nin İTQ-yə həvalə edilmişdir; Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Qaraçinar kəndi ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən polis əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. Bu hal hadisənin bilavasitə şahidi olmuş Xocalı RPŞ-nin İTQ-nin sahə polis nəfəri, polis baş serjantı X2 məhkəmə iclasında verdiyi ifadəsi ilə də öz təsdiqini tapır. Həmçinin, Elvin Nəsibov ifadəsində Şəxs daha sonra polis şöbəsinə könüllü gələrək polis əməkdaşlarının bütün tələblərinə tabe olduğunu göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 və şahid qismində dindirilmiş şəxs X4 qəsdən tabe olmamağın Şəxs yalnız polis əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini icra etməməsində özünü göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi şəxsin İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə ayrıca məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması üçün polis əməkdaşının tələbini yerinə yetirməməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olmadığından Şəxs barəsində başlanmış iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 01 sentybar 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-692/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-692/2023
01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver