Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-70/2023 09.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Behbudzadə Rauf Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Heydar oğlunun iştirakı ilə, Şəxs Heydar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 552-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X1 Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəxs Heydar oğlu barəsində İXM-in 552-ci maddəsi ilə inzibati xəta haqqında 12 yanvar 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən **-BN-*** nömrəli, VAZ-2106 markalı avtomobilin sürücüsü idarə etdiyi taksi minik avtomobilində Goranboy rayonu ərazisində xx.xx.2023-cü il tarixdə saat 10:04-də aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Heydar oğlu İXM-in 552-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, **-BN-*** nömrəli, VAZ-2106 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu ərazisində X1 Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları yoxlama zamanı ondan “Fərqlənmə nişanı”nı təqdim etməyi tələb etmiş, lakin o, həmin sənədləri təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Buna görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X1 Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəxs Heydar oğlunun barəsində İXM-in 552-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir; X1 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktından görünür ki, Goranboy rayonu ərazisində aparılan yoxlama zamanı taksi fəaliyyəti göstərən **-BN-*** nömrəli, VAZ-2106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Şəxs Heydar oğlunun qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olması vmüəyyən edilmiş və ondan qanunvericiliklə müəyyən edilmiş sənədlər - “Fərqlənmə nişanı” tələb olunmuş, lakin, o, təqdim etməmişdir; Fotoşəkildən görünür ki, VAZ-2106 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olunur. Yəni, həmin avtomobilin üzərində taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq avadanlıq quraşdırılmışdır. Beləliklə, müəyyən edilir ki, Şəxs Heydar oğlu **-BN-*** nömrəli, VAZ-2106 markalı avtomobillə “Fərqlənmə nişanı” olmadan taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən də Şəxs Heydar oğlu qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Heydar oğlu tərəfindən İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi əməli etiraf etməsini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Heydar oğlunun əməlində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs Heydar oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs Heydar oğlunun törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, fiziki şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs Heydar oğlu İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Heydar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-70/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-70/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver