Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-702/2023 05.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Goranboy rayonunun Qazançı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonunun Qazançı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.4cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 sentyabr 2023-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 31 avqust 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 31 avqust 2023-cü il tarixdə, saat təxminən 11:00-da radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-ME-*** dölət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayonu, S.Civəzadə küçəsində yolun sağ solağından sol zolağına dönmək istəyərkən sol zolaqda olan “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmasa da, “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Nəticədə Şəxs barəsində İXM-in 332.4-cü maddələsi ilə 31 avqust 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞnin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru X5 izahatında göstərdi ki, Şəxs 31 avqust 2023-cü il tarixdə “Vaz 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Goranboy rayonunun S.Civəzadə küçəsində hərəkətdə olarkən manevr etmə qaydalarını pozmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqdan nəqliyyat vasitəsini idarə etmiş və yol nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmasa da “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Müəyyən olunmuşdur ki, Şəxs sürücülük hüququ yoxdur. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 31 avqust 2023-cü il tarixdə, saat təxminən 11:00-da radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-ME-*** dölət qeydiyyat nişanlı avtomaşınla Goranboy rayon S.Civəzadə küçəsində yolun sağ solağından sol zolağına dönmək istəyərkən sol zolaqda olan “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili görməyib yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı heç bir xəsarət alan olmamışdır. Onun sürücülük hüququ yoxdur. Həmçinin, o, İİ qrup əlildir. Törətdiyi əməldən peşmandır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli alkotesterin nəticəsindən görünür ki, Şəxs həmin tarixdə ayıq olmuşdur; Goranboy RPŞ-nin DYPB-nin X3 çıxarışından görünür ki, Şəxs sürücülük vəsiqəsi yoxdur; AA seriyalı 563391 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2107” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir; BB seriyalı 334002 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai HD 35” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 07/23 nömrəli etibarnamədən görünür ki, şirkətin balansında olan “Hyundai HD 35” yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi səlahiyyəti 6 mart 2024-cü il tarixədək Zərərçəkmiş şəxs verilmişdir; "xxxx" MMC (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 826 manat məbləğində maddi ziyan dəymişdir; 128184 nömrəli vəsiqənin surətindən görünür ki, X7 İİ qrup əlildir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 31 avqust 2023-cü il tarixdə, təxminən saat 11:00 radələrində idarə etdiyi “Vaz 2107” markalı, **-ME-*** dölət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan “Hyundai” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə) maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 30.2-ci maddəsinin tələblərini nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-702/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-702/2023
05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver