Məhkəmə qərarları › İş №3(045)-719/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-719/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-719/2023 08.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cü ildə Goranboy rayonu, Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 08 sentyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Mehdiyevin 17 iyul 2023-cü il tarixli qərarına əsasən tərtib edilmiş 08 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Goranboy rayonu Səfikürd kəndində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 bildirdi ki, Goranboy rayonu Səfikürd kənd sakini Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 1199 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Goranboy rayonu Səfikürd kəndində pay torpaq sahələri olan ərazidə Şəxs həkməndlisi Zərərçəkmiş şəxs su üstündə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində olan mübahisə zamanı qəsdən itələyərək yıxması nəticəsində sonuncunun sol saidin qançırından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı öz təsdiqini tapmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Onun tərəfindən Şəxs qızının barəsində Azərbaycan Respublikası İXM-in 157 maddəsi protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qızı özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində arvadı Sevil ilə rayon istiqamətindən gələn zaman sahəyə uzaqdan baxmış və sahədə kiminsə bel ilə gəzməsini görmüş, o, tez dönüb qayıtmış, Sevdanın öz yonca sahəsini suvarmasını görmüş, o, Sevdaya “Allahın olsun, mənim sahəmə su salacaqsan, qoy biçim götürüm, sonra suvar” demiş, lakin Sevda onu eşitməmiş və onun ünvanına nalayiq ifadələr işlədib onu təhqir etmiş, Sevil maşında oturmuş, o, Sevdadan 8-10 metr aralıda dayanmış Sevda şər xata adamdır, sonra ona şər atmasın, Sevda onu təhqir edərək üzərinə gələndə o, maşına əyləşib oradan uzaqlaşmışdır. Hazırda zərəçəkmiş şəxslə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində o, suyu sahəyə kəsib sahənin yaxınlığında oturub gözləmişdir. Onunla sahəsi qonşu olan Şəxs onun yanına gələrək “sən mənim sahəmə su salmısan” demiş, o, “yaşlı adamam, qadınam, özün götür kəs də, mən kəsdiyim belədi” demişdir. Nizami onu təhqir edərək suyun qapağı olan dəmirlə onun suyunu kəsmiş, o, Nizamiyə imkan verməmiş ki, suyunu kəssin, Nizami onu kənara itələmiş, o, yerə yıxılmış, sol qolundan xəsarət almışdır. Hazırda Şəxs qızı ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Fərid Mehdiyev tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar