Məhkəmə qərarları › İş №3(045)-729/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-729/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-729/2023 13.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 sentyabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Həbib Hacıyev 13 sentyabr 2023-cü il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 13 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində Zərərçəkmiş şəxs məxsus ət kəsin məntəqəsindən 260 manat dəyərində bir ədəd quzu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1-1955 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq Şəxs əməlində İXM- in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında Şəxs barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o dükanda olan zaman Şəhruz ət aparmağa gələn zaman Şəhruza “mağazaya borcum var bir heyvan verim pulunu ver" demişdir. Şəhruz isə cibində 50 manat pulunun olduğunu və yerdə qalan pulunu isə yaxın günlərdə verəcəyini bildirmişdir. Daha sonra o xırdabuynuzlu heyvanlar olan kərəskədən bir baş xırdabuynuzlu heyvan tutub Şəhruza vermiş “mudir Afiq bilməsin tez götür apar” demişdir. Şəhruz 50 manat pulu verib heyvanı avtomobilin yük hisəsinə qoyub aparmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Həbib Hacıyev tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X1 əməllərində xırda talama inzibati xətasının tərkibi olduğu üçün barələrində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 109.2, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar