Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-745/2025 07.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonu, Yolqullar kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 may 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Goranboy RPŞ-nin təhqiqatçısı Həbib Hacıyevin 05 may 2025-cüi il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 07 may 2025ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 aprel 2025-ci il tarixdə Goranboy rayonu Yolqullar kəndində yaşadığı evdə qohumu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 bildirdi ki, xx.xx.2025-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Şəxs Məmmədli qızı və xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Yolqulular kəndində yaşayan Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-839 və 875 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Şəxs və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onların barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən 07 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 aprel 2025-ci il tarixdə saat 14 radələrində yaşadığı Goranboy rayonu Yolqullar kəndində fərdi yaşayış evində olan zaman X3 ilə arasında mübahisə yaranmışdır. Həmin vaxt Fəridə onun üzərinə gəlmiş və o Fəridənin saçından tutaraq dartmışdır. Bu zaman Zərərçəkmiş şəxs onun üz nahiyyəsindən əli ilə cırmışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs onun qardaşı arvadıdır. Belə ki, 20 aprel 2025-ci il tarixdə günorta radələrində yaşadığı Goranboy rayonu Yolqullar kəndində fərdi yaşayış evində olan zaman Şəxs ilə arasında mübahisə yaranmışdır. Həmin vaxt sonuncu onun üzərinə gəlmiş və saçından tutaraq itələmişdir. O, isə Şəxs sinə nahiyyəsindən tutaraq özünü müdafiə etməyə çalışmış və əli ilə Xoşqədəmin üz nahiyyəsini cızmışdır. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 may 2025-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Həbib Hacıyev tərəfindən Şəxs və Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-839 və 875 nömrəli material üzrə cinayət işi başlanması rədd edilmiş rədd edilmiş, Şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün onların barəsində tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 199 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının əzniyi sol bazunun qançırı KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş tarixdə yəni xx.xx.2025ci il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; Zərərçəkmiş şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.1.9, 105, 109.2, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-745/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-745/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver