Məhkəmə qərarları › İş №3(045)-754/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-754/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-754/2025 14.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli 13 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 13 may 2025-ci il tarixdə, saat 12:46 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində ictimai qaydanı kobud sürətdə pozmuş, şəxsi avtomobilini yandırmaq istəmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2-95530/25 nömrəli məktubu əsasında son 5 il ərzində ödənilməyən cərimələrin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə saat təxminən 12:46 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində RPŞ-nin DYPB-nin YPX inspektoru X6 və RPŞ-nin DYPB-nin TTÜ-nin inspektoru Samir Əliyev ilə birlikdə xidmət aparan zaman ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs məxsus “VAZ 21214” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində 3501 manat cəriməsi olduğu üçün həmin avtomaşının RPŞ-nin mühafizə olunan duracağına təmin etmək istəyən zaman Şəxs nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq avtomaşının üstünə və öz üstünə benzin tökərək yandırmaq istəmişdir. Onlar həmin şəxsə yenidən yaxınlaşaraq benzin butulkasını əlindən almaq istəyən zaman həmin şəxs benzini qəsdən onların da üstünə tökərək alov açmaq istəmişdir. Polis əməkdaşları həmin şəxsin bu əməllərininə son qoymaq üçün əlindən tutaraq, həmin yerə ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarını dəvət etmişlər. PPXB-nün əməkdaşları Ağakişiyev Bəxtiyar, Mahmudov Rəvan və Ərəbov Hikmət həmin yerə gəlmişlər və onların köməkliyi ilə həmin şəxsi avtomaşını ilə birlikdə RPŞ-yə gəlməsini təmin edərək həmin şəxsi RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər, avtomaşını isə RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində yaşadığı Goranboy rayonu Dəliməmmədli şəhərində olan zaman Goranboy RPŞ-nin YPX-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun idarə etdiyi “VAZ 21214” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində 3501 manat cərimənin olduğunu, bu səbəbdən də avtomobilin duracağa yerləşdirilməsini bildirmişlər. Həmin vaxt o, əsəbləşmiş və uca səslə nalayiq ifadələr işlədərək polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Daha sonra benzinlə özünü və avtomobili yandıracağını bildirmişdir. Polis əməkdaşları onu sakitləşməyə, nizam-intizamlı olmağa dəvət etsələr də, o əsəbi olduğu üçün öz hərəkətlərinə davam etmişdir. Eyni zamanda bildirir ki, o şəkərli diabet xəstəsidir. Əməlindən çox peşmandır. Ona görə də barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPX-nin TTÜ-nun inspektoru X7 bildirdi ki, BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13- 16/2-95530/25 nömrəli məktubu əsasında son beş il ərzində ödənilməyən cərimələrin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə saat təxminən 12:46 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində xidmət aparan RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X6 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs məxsus “VAZ 21214” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində 3501 manat cəriməsi olduğu üçün həmin avtomaşının RPŞ-nin mühafizə olunan duracağına təmin etmək istəyən zaman Şəxs nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq avtomaşına və öz üzərinə benzin tökərək yandırmaq istəmişdir. Onlar həmin şəxsə yenidən yaxınlaşaraq benzin butulkasını əlindən almaq istəyən zaman həmin şəxs benzini qəsdən onların da üstünə tökərək alov açmaq istəmişdir. Onlar həmin şəxsin bu əməllərininə son qoymaq üçün ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarını dəvət etmişlər. PPXB-nün əməkdaşları Ağakişiyev Bəxtiyar, Mahmudov Rəvan və Ərəbov Hikmət həmin yerə gəldilər və onların köməkliyi ilə həmin şəxsi avtomaşın ilə birlikdə RPŞ-yə gəlməsini təmin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediyini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin manqa komandiri X3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərinə RPŞ-nin PPXB-nün polis nəfərləri, X8 və X11 birlikdə xidmətdə olan zaman təxminən saat 13:10 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 əl efiri vasitəsi ilə bir nəfər şəxsin tabe olmamasını və həmin yerə yaxınlaşmaqlarını bildirdi. Onlar dərhal həmin yerə yaxınlaşan zaman sonradan adı onlara məlum olan Şəxs özünün və ona məxsus “VAZ 21214” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üstünə və YPX-nin inspektoru X2 üstünə benzin tökdüyünü, həmin şəxsin nalayiq ifadələr işlətdiyi və tabe olmadığını görmüşlər. Onlar həmin şəxsin RPŞ-yə gətirilməsini təmin etmişlər və həmin şəxsi RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X11 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediyini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin TTÜ-nin inspektoru Samir əliyev, Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Süleyman Piriyev, Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri Bəxtiyar Ağakişiyev, Hikmət Ərəbov və Rəvan Mahmudov tərəfindən rəhbərliyə ünvanlanmış 13 may 2025-ci il tarixli raportdan görünür ki, BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2-95530/25 nömrəli məktubu əsasında son beş il ərzində ödənilməyən cərimələrin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə saat təxminən 12:46 radələrində Goranboy rayonu Dəliməmmədli şəhərində xidmət aparan RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X6 ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs məxsus “VAZ 21214” markalı **-NS-*** dövlət qeydiyayt nişanlı avtomaşının üzərində 3501 manat cəriməsi olduğu üçün həmin avtomaşının RPŞ-nin Mühafizə olunan duracağına təmin etmək istəyən zaman Şəxs nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxs onların qanuni tələbinə qəsdən tabe olmayaraq avtomaşının üstünə və öz üstünə benzin tökərək yandırmaq istəmişdir. Onlar həmin şəxsə yenidən yaxınlaşaraq benzin butulkasını əlindən almaq istəyən zaman həmin şəxs benzini qəsdən onların da üstünə tökərək alov açmaq istəmişdir. Onlar həmin şəxsin bu əməllərininə son qoymaq üçün əlindən tutmuşlar və həmin yerə ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarını dəvət etmişlər. PPXB-nün əməkdaşları Ağakişiyev Bəxtiyar, Mahmudov Rəvan və Ərəbov Hikmət həmin yerə gəldilər və onların köməkliyi ilə həmin şəxsi avtomaşını ilə birlikdə RPŞ-yə gəlməsini təmin etmişlər və həmin şəxsi RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər, avtomaşını isə RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmişlər. Odur ki, Şəxs barəsində qanunu tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur və xx.xx.2025-ci il tarixdə 08:50-də azad edilmişdir; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 may 2025-ci il tarixdə Goranboy rayonu Dəliməmmədli şəhərində uca səslə kobud ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 13 may 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün ona tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılsın və qəti olaraq ona 19 (on doqquz) gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 may 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar