Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-757/2025 15.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Goranboy rayonu Yolqulular kəndində yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Goranboy Rayon Polis şöbəsindən Goranboy rayonu Yolqulular kəndində yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş protokol əsasında materiallar Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndinin mərkəzində yerləşən mağazada yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 izahatında bildirmişdir ki, X1 şikayət ərizəsi daxil olmuş, bunun əsasında şahidlərin izahatı alınmış, inzibati protokol tərtib etmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndinin mərkəzində yerləşən mağazada yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndinin mərkəzində yerləşən mağazada cavab olaraq yüksək səslə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında bildirmişdir ki, Goranboy rayonu Yolqulular kəndində Şəxs ilə mübahisəsi səbəbindən Goranboy Rayon Polis şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndində yerləşən onun işlədiyi mağazaya gələrək ona qarşı yüksək səslə nalayiq ifadələr işlətmişdir. Onun səsinə kənd sakinləri gəlmiş, onu oradan uzaqlaşdırmışlar. Buna görə də Şəxs barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndinin mərkəzində yerləşən mağazaya gələrək yüksək səslə nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Goranboy Rayon Polis X2 məsul növbətçisi Elşad İsmayılovun raportundan görünür ki, Goranboy rayonu Yolqulular kənd sakini X3 ***-***-**- ** mobil nömrəsindən zəng edərək Şəxs şikayətçi olduğunu bildirmişdir. İşdə olan MN ******* saylı 15 may 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs Goranboy rayonu Yolqulular kəndinin mərkəzində yerləşən mağazada yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, Şəxs izahatı, şahidlərin izahatı, inzibati protokol və işdə olan digər materiallarla tam sübuta yetirilir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına, inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilmədi. Həmçinin məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 109-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Goranboy rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-757/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-757/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver