Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-76/2025 17.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X10 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1957-ci ildə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan və Yevlax rayonu Aran qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.1, 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 yanvar 2025-ci il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13 dekabr 2024-cü il tarixdə saat 16:59 radələrində Goranboy şəhəri R. Mustafayev küçəsində idarə etdiyi “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Khazar” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobilə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 332.1, 327.2 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin X10 Bölməsinin YNH-nin hadisəsi üzrə baş inspektoru X5 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 13 dekabr 2024-cü il tarixdə, saat 16:59 radələrində Goranboy şəhəri R. Mustafayev küçəsində idarə etdiyi “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Khazar” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə zərər dəymişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 332.1, 327.2 və 332.4-cü maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun qardaşının sahibliyindədir. 13 dekabr 2024-cü il tarixdə saat 16:30 radələrində Goranboy şəhəri R. Mustafayev küçəsində hərəkət edən zaman sola dönmək istəyərkən onunla əks istiqamətdə hərəkət edən “Khazar” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobillərə maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsi olmamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, idarə etdiyi “Khazar” markalı **-PH- *** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında onun sərəncamındadır. 13 dekabr 2024-cü il tarixdə saat təxminən 16:30 radələrində Goranboy şəhəri R. Mustafayev küçəsində hərəkətdə olan zaman onunla əks istiqamətdə hərəkətdə olan “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısından sola dönən zaman onun idarə etdiyi avtomobilin sol arxa hissəsindəmn vurmuş, nəticədə hər iki avtomobilə maddi zərər dəymişdir. Hazırda onun avtomobilinə 2558 manat məbləğində maddi zərər dəymişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YHN-nin baş inspektoru, Anar Qasımov tərəfindən Gornaboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə Goranboy şəhəri R. Mustafayev küçəsində “Mitsubishi” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə “Khazar” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı tərəfindən araşdırılma aparılmışdır. Aparılmış araşdırılma zamanı “Mitsubishi” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Goranboy şəhəri R. Mustafayev küçəsində manevr qaydasını pozaraq “Khazar” markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə toqquşmuşdur. “Mitsubishi” markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünü X3 yoxlayan zaman həmin şəxsin kimliyini müəyyən etmək olmamışdır. Odur ki, həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Laçın rayon Polis şöbəsi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 3-13-94/2- 140/2025 nömrəli məktubdan görünür ki, Laçın rayon Minkənd kəndində qeydiyyatda olan Şəxs RPŞ-nin Q və ŞVQ tərəfindən şəxsiyyət vəsiqəsi verilməmişdir; Laçın rayon Minkənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-64/283-2-315 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs 9 nömrəli ev təsərrüfatlarının uçot kitabının 91-ci səhifəsinə əsasən Laçın rayon Minkəmnd kənd sakinidir; Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışdan görünür ki, “Khazar SD” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1558 manat məbləğində zərər dəymiş, həmçinin həmin ehtiyyat hissələrinin qurlaşdırılması üçün 1000 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ Mingəçevir Asan xidmət mərkəzi tərəfindən verilmiş BC 208878 nömrəli, xx.xx.2012-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs B, B1 kateqoriyalı sürücüdür; 15 avqust 2024-cü il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “Mitsubishi Pajero” markalı **- DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2028-ci il tarixədək X1 etibar etmişdir; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r; Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 13 dekabr 2024-cü il tarixdə saat 16:59 radələrində idarə etdiyi “Mitsubishi Pajero” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2-ci maddəsinə əsasən altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 332.1, 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 332.1, 327.2-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-76/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-76/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver