Məhkəmə qərarları › İş №3(045)-760/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-760/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-760/2024 13.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, İlyaslar kəndində qeydiyyatda olan və Goranboy rayonu Veyisli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X3 31 iyul 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞnin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən MN seriyalı ******* nömrəli, 13 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində daş karxanasında Zərərçəkmiş şəxs ağız nahiyəsinə yumruqla bir dəfə vuraraq döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Veyisli kənd sakini Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış HK-1-1466 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin material üzrə Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi üçün qərarın surəti RPŞnin İTB-yə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, yük avtomobili ilə daş karxanasında yük daşıması ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə o, Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsi ərazisində olan daş karxanasında əvvəlcədən aralarında ədavətləri olan bacısının keçmiş əri Zərərçəkmiş şəxs görmüşdür. Elşən biraz ondan aralıda dayanmış və o, Elşənə tərəf baxdıqda sonuncu ona gülümsəmişdir. O da buna əsəbləşərək Elşənin yaxasından tutmuş, daha sonra yumruğu ilə bir dəfə Elşənin ağız nahiyəsindən vurmuşdur. Bu zaman ətrafda olan şəxslər onları aralayaraq sakitləşdirmişdir. Hazırda əməlindən peşman olduğu üçün barəsində yüngül cəza verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, zərərçəkmiş şəxsi nə söyməmiş, nə də ki, ona qarşı bıçaqla hücum etməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy rayon Yuxarı Ağcakənd qəsəbəsi ərazisində olan daş karxanasına yük daşımaq üçün getmiş və bu zaman orada olan zaman keçmiş qaynı Şəxs onu görüb ona yaxınlaşmış və “mən sənə nə etmişəm’’ deyərək bacısını boşamasına narazılığını bildirmişdir. O da Sevindikə çıxıb getməsini bildirmişdir. Bu zaman Sevindik onun yaxasından tutub dartaraq yumruğu ilə bir dəfə ağız nahiyəsindən vurmuş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra Şəxs hirsi soyumadığı üçün yük daşıdığı avtomaşınından bıçaq götürərək onun üstünə gələrək öldürəcəyini bildirmişdir. Lakin ətrafda olan insanlar Sevindikin qarşısını kəsərək buna imkan verməyib onu sakitləşdirməyə çalışmışlar, bu zaman o da yaranmış şəraitdən istifadə edərək canını qurtarmaq üçün hadisə yerindən qaçıb getmişdir. Şəxs onu söyməsini və bıçaqla onu vurmağa cəhd etməsini nəzərə alaraq qətiyyən Sevindiklə barışmaq fikri yoxdur. Odur ki, məhkəmədən Şəxs barəsində ağır cəza verilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, o, Sevindikin bacısını boşadığı üçün aralarında uzun müddətdir ki, ədavət yaranmışdır. Bir müddət əvvəl də Sevindik onu ağır dərəcəli döyüb boyun nahiyəsindən ona xəsarət yetirmişdir, lakin o, ədavətə son qoymaq üçün Sevindiki bağışlayaraq şikayətini geri çəkmişdir. Buna baxmayaraq, Sevindik islah olunmamış, yenə də, ona və ailəsinə hədə-qorxu gələrək, onların həyatı üçün təhlükə yaradır. Ona görə də, Sevindikin həbs olunmasını və ciddi şəkildə cəzalandırılmasını istəyir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 31 iyul 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X4 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 513 nömrəli rəyindən görnür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – boynun sağ yan səthinin və üst dodağın qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə cinayət işinin rədd edilməsi haqqında qərarı və Goranboy RPŞ-nin İTBnin polis sahə rəisi X1 MN seriyalı ******* nömrəli, 13 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolunu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, iş üzrə toplanmış sübutlara, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən əməli etiraf etməsi və peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən İXM-in 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 13 avqust 2024-cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar