Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-765/2025 19.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Kəlbəcər rayonunun İlyaslar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonunun İlyaslar kəndində qeydiyyatda olmaqla Goranboy rayonu Veyisli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 19 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Goranboy- Borsunlu yolunda uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsnən tabə olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektorları X9 və X7 xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goranboy-Borsunlu yolunda xidmətdə olan zaman təxminən saat 20:10 radələrində “Kamaz” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına dövlət qeydiyyat nişanı olmayan qoşqu ilə hərəkət etdiyini görmüşlər və həmin yük avtomaşınına saxla işarəsi vermişlər. Daha sonra “Kamaz” markalı avtomaşına yaxınlaşaraq özünü sürücüyə təqdim etmiş və yük avtomaşını idarə edən sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin yük avtomaşınında sərnişin qismində əyləşən sonradan adı onlaraməlum olan Bəxtiyar adlı şəxs onlara yaxınlaşaraq avtomaşını idarə edən şəxsin heç bir sənədlərinin olmamasını bildirmişdir. YPX-nin inspektorı “Bort” komputer vasitəsi ilə sürücünün sənədlərini yoxlayan zaman, həqiqətən də sürücü X3 “Kamaz” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını qoşqu ilə birlikdə idarə etməsi üçün kateqoriyasının və yük avtomaşınına aid heç bir sənədlərinin olmadığı aşkar edilmişdir. Onlar həmin yük avtomobilini RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmək istəyən zaman sürücü X5 və sərnişin yerinə əyləşən Bəxtyar adlı şəxs uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməyə başladılar. Onlar həmin şəxsləri nizam-intizama dəvət edən zaman həmin şəxslər polis əməkdaşlarına tabesizlik göstərdilər. Bundan sonra YPX-nin inspektorları həmin ərazidə xidmət aparan RPŞ-nin PPXB-nin əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsləri avtomaşın ilə birlikdə RPŞ-yə aparılmasını təmin edərək RPŞnin növbətçi hissəsinə təhvil vermişlər. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, “Kamaz” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsusdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 20 radələrində həmkəndlisi X5 ilə birlikdə Goranboy- Borsunlu yolunda hərəkətdə olan zaman YPX-nin inspektoru tərəfindən saxla işarəsi verilmiş və ona məxsus yük avtomobili idarə edən Vahid Hüseynzdə saxla əmrinə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Daha sonra YPX-nin inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və avtomobilə dair sənədlərinin təqdim etməsini xahiş etmişdir. Həmin vaxt o, YPX-nin inspektoruna sürücünün heç bir sənədinin olmadığını bildirmişdir. Bundan sonra YPX-nin inspektoru yük avtomobilini RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmək istəyən zaman o, sürücü X5 ilə birlikdə avtomobilə əyləşmiş və həmin yerdən uzaqlaşmışdır. Daha sonra yük avtomobili Goranboy rayonu Veyisli kəndində PPX-nin köməyi ilə saxlanılmışdır. Bu zaman o və Vahid yük avtomobilindən düşərək uca səslə səs küy salmağa başlamışlar. Polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, əsəbi olduğu üçün hərəkətlərinə davam etmişdir. Əməlindən çox peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X9 bildirdi ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru Füqan Şamxalov ilə birlikdə xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goranboy- Borsunlu yolunda xidmətdə olan zaman təxminən saat 20:10 radələrində “Kamaz” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxasına dövlət qeydiyyat nişanı olmayan qoşqu ilə hərəkət etdiyini görmüşlər və həmin yük avtomaşınına saxla işarəsi vermişlər. Daha sonra “Kamaz” markalı avtomaşına yaxınlaşaraq özünü sürücüyə təqdim etmiş və yük avtomaşını idarə edən sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin yük avtomaşınında sərnişin qismində əyləşən sonradan adı onlara məlum olan Bəxtiyar adlı şəxs onlara yaxınlaşaraq avtomaşını idarə edən şəxsin heç bir sənədlərinin olmamasını bildirmişdir. O, “Bort” komputer vasitəsi ilə sürücünün sənədlərini yoxlayan zaman, həqiqətən də sürücü X3 “Kamaz” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını qoşqu ilə birlikdə idarə etməsi üçün kateqoriyasının və yük avtomaşınına aid heç bir sənədlərinin olmadığı aşkar edilmişdir. Onlar həmin yük avtomobilini RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmək istəyən zaman sürücü X5 və sərnişin yerində əyləşən Bəxtyar adlı şəxs uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət edən zaman həmin şəxslər polis əməkdaşlarına tabesizlik göstərdilər. Bundan sonra onlar həmin ərazidə xidmət aparan RPŞ-nin PPXB-nin əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsləri avtomaşın ilə birlikdə RPŞ-yə aparılmasını təmin edərək RPŞnin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X7 iş üzrə digər şahid X6 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Aqil Nuriyev və Füqan Şamxalov tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X9 ilə birlikdə “BMW” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti patrul avtomaşını ilə Goranboy rayonu Goranboy-Borsunlu yolunda xidmətdə olan zaman təxminən saat 20:10 radələrində “Kamaz” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının arxsına dövlət qeydiyyat nişanı olmayan qoşqu ilə hərəkət etdiyini görmüşlər və həmin yük avtomaşınına saxla işarəsi vermişlər. Həmin “Kamaz” markalı avtomaşının sürücüsü yük avtomaşınını saxladıqdan sonra o avtomobilə yaxınlaşaraq özünü ona təqdim etmiş və yük avtomaşını idarə edən sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman həmin yük avtomaşınında sərnişin qismində əyləşən sonradan adı onlara məlum olan Bəxtiyar adlı şəxs onlara yaxınlaşaraq avtomaşını idarə edən şəxsin heç bir sənədlərinin olmamasını bildirmişdir. Onlar “Bort” komputer vasitəsi ilə sürücünün sənədlərini yoxlayan zaman sürücü X3 “Kamaz” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını qoşqu ilə birlikdə idarə etməsi üçün kateqoriyasının olmadığı və yük avtomaşınına aid heç bir sənədlərinin olmadığı aşkar edilmişdir. Onlar həmin avtomaşını RPŞ-nin mühafizə olunan duracağına yerləşdirilməsini təmin etmək istəyən zaman sürücü X1 Bəxtyar adlı şəxslə birlikdə uca səslə səs küy salaraq nalayiq ifadələr işlətməyə başladılar. Onlar həmin şəxsləri nizamintizama dəvət edən zaman həmin şəxslər onlara tabesizlik göstərdilər. Bundan sonra onlar həmin ərazidə xidmət aparan RPŞ-nin PPXB-nün əməkdaşlarını dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsləri avtomaşını ilə birlikdə RPŞ-yə aparılmasını təmin edərək növbətçi hissəyə təhvil vermişlər. Odur ki, X5 və Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur; Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidlərin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 18 may 2025-ci tarixdə Goranboy rayonu Goranboy-Borsunlu yolunda uca səslə kobud ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 18 may 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 18 may 2025-ci il tarixdən, saat 21:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-765/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-765/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver