Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-770/2025 20.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X17 Məhəmməd oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Goranboy rayonunun Ağamalıoğlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Düzqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material xx.xx.2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. 19 may 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23:20-də Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X14 bildirmişdir ki, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis serjantı X9 RPŞ-nin rəhbərliyinə ünvanladığı raport əsasında tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 23:20də Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində olmuşdur. Lakin o kənarda dayanmışdır. Mağazadan çəkilmiş videogörüntüdən də onun kənarda dayanması aydın görünür. Lakin polislər onu da polis şöbəsinə aparmışdır. Özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin, polis nəfəri X12 bildirdi ki, Goranboy rayonunun Dəliməmədli şəhərində polis kiçik serjantı Məhəmməd Ələkbərov ilə birlikdə xidmətdə olan zaman saat təxminən 23:30 radələrində adları sinradan onlara məlum olan Goranboy rayonunun Dəliməmmədli şəhəri sakinləri X10, Şəxs, X4, X6 və X1 şəhəri Yaşar Rəhimov küçəsində bir-biri ilə mübahisə edərək ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bu zaman onlar çox olduğundan Şəxs səs küy saldığını konkret olaraq deyə bilməz. Orada səs-küy salındığından və söyüş söyüldüyündən oradakıların hamısını polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin, polis nəfəri X3 izahatında bildirdi ki, Goranboy rayonunun Dəliməmədli şəhərində polis kiçik serjantı Məhəmməd Ələkbərov ilə birlikdə xidmətdə olan zaman saat təxminən 23:30 radələrində adları sinradan onlara məlum olan Goranboy rayonunun Dəliməmmədli şəhəri sakinləri X10, Şəxs, X4, X6 və X1 şəhəri Yaşar Rəhimov küçəsində bir-biri ilə mübahisə edərək ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Bu zaman onlar çox olduğundan Şəxs səs küy saldığını konkret olaraq deyə bilmir. Orada səs-küy salanlarn hamısını polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis serjantı X9 RPŞ-nin rəhbərliyinə ünvanladığı raportundan görünür ki, İbayev X8 rayonunun Dəliməmədli şəhərində polis kiçik serjantı Məhəmməd Ələkbərov ilə birlikdə xidmətdə olan zaman saat təxminən 23:30 radələrində adları sinradan onlara məlum olan Goranboy rayonunun Dəliməmmədli şəhəri sakinləri X10, Şəxs, X4, X6 və X1 şəhəri Yaşar Rəhimov küçəsində bir-biri ilə mübahisə edərək ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin şəxslərə yaxınlaşaraq, özlərini təqdim etmiş, sonra həmin şəxsləri intizama dəvət etsələr də onlar qanuni tələblərinə tabe olmamışlar, qərəzli hərəkətlərini davam etdirmişlər. Daha sonra həmin şəxslər Goranboy RPŞ-yə gətirilərək NH-yə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, onun tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməmişdir. Şəxs hərəkətləri ictimai qaydanı pozan hərəkətlər müşahidə edilməmişdir. Eyni zamanda onun hərəkətlərində polis işçisi tərəfindən ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmamasına dair hər hansı hərəkətlər edilməmişdir və iş materiallarında bununla bağlı hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 535.1.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı hər hansı bir sübut mövcud olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-770/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-770/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver