Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-789/2024 30.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 480-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş EP ******* nömrəli, 05 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs 2024-cü ilin aprel ayında Rusiya Federasiyasının Rostov şəhərində olduğu zaman oradan əldə etdiyi 110 manat dəyərində 2 ədəd 0,7 litrlik "Чистые росы" markalı arağı, 80 manat dəyərində 1 ədəd Dat litrlik "Beluga" markalı arağı və 45 manat dəyərində 1 ədəd 1 litrlik "Jack Daniels" markalı viskini idarə etdiyi 99MD596/99ZA248 nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasının sol tərəfində əşyaları qoymaq üçün nəzərdə tutulmuş yerdə, 385 manat dəyərində 7 ədəd 0,7 litrlik "Чистые росы" markalı arağı isə həmin nəqliyyat vasitəsinin kabinində yataq yerindəki döşəyin altında gömrük nəzarətindən gizlədərək 12 aprel 2024-cü il tarixdə saat 00 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən "Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Bununla da Şəxs barəsində İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Samur Gömrük postunun rəisi Elçin Hacıbalayev tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxıl olmuş əməliyyat məlumatına əsasən, xx.xx.2024 cu il tarixində saat 00:05 radələrində Rusiya Federasiyası istiqamətindən "Samur gömrük postunun idxal gömruk nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs oğlunun idarə etdiyi "VOLVO” markalı, 99MD596/99ZA248 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının sol tərəfindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd "Чистые росы 0.7 1" markalı araq. 1 ədəd "Beluga 0.7 İ" markalı araq, 1 ədəd "Jack Daniels 11" markalı viski, nəqliyyat vasitəsinin kabinasında yataq yerindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 7 ədəd "Чистые росы 0,7 1" markalı araq aşkar olunaraq protokol əsasında götürülmüşdür. Odur ki, müvafiq qaydada araşdırlma aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Əməliyyat-İstintaq İdarəsinin Təhqiqat şöbəsinə göndərilmişdir; Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli “təhvil-təslim edilməsi haqqında” aktından görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, xx.xx.2024 cü il tarixində, saat 00:05 radələrində Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı Şəxs oğlunun idarə etdiyi "VOLVO" markalı, 99MD596/99ZA248 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı, nəqliyyat vasitəsinin kabinasının sol tərəfindəki əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd "Чистые росы 0,71" markalı araq, 1 ədəd "Beluga 0,7 İ" markalı araq, 1 ədəd "Jack Daniels 11" markalı viski, nəqliyyat vasitəsinin kabinasında yataq yerindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 7 ədəd "Чистые росы 0,7 1 1" markalı araq aşkar olunaraq protokol əsasında götürülmüş və araşdırma aparılması məqsədilə bu akt əsasında Əməliyyat və təhqiqat şöbəsinə təhvil verilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2024-cü il tarixli, 3-16- 16/2-9/3074-6/2218 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 9 ədəd 0,7 litrlik "Чистые росы" markalı arağın bir butulkasının qiyməti 55 manat olmaqla ümumi dəyəri 495 manat, 1 ədəd 0,7 litrlik "Beluga" markalı arağın qiyməti 80 manat və 1 ədəd 1 litrlik "Jack Daniels" markalı viskinin qiyməti 45 manat, ümumilikdə dəyəri isə 620 manat təşkil edir. Sözügedən predmetlər müvafiq standart tələblərinə uyğun hesab edilir və istifadəyə yararlıdır. Ekspertiza tədqiqatın dəyəri 185 manat təşkil edir. Malların anbara qəbul edilməsi haqqında 80S/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, aktından görünür ki, 9 ədəd 0,7 litrlik "Чистые росы" markalı araq, 1 ədəd 0,7 litrlik "Beluga" markalı araq və 1 ədəd 1 litrlik "Jack Daniels" markalı viski birliyin anbarına saxlanca qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs 9 ədəd 0,7 litrlik "Чистые росы" markalı araq, 1 ədəd 0,7 litrlik "Beluga" markalı araq və 1 ədəd 1 litrlik "Jack Daniels" markalı viskini idarə etdiyi 99MD596/99ZA248 nömrə nişanlı nəqliyyat vasitəsinin kabinasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən "Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqdainzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in: 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 55.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iş üzrə məsrəf - ekspertiza tədqiqatının dəyərini təşkil edən 185 (bir yüz səksən beş) manat dövlət hesabına ödənilməlidir. Beləliklə, məhkəmə xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X1 İXM-in 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cəzrimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 620 manat məbləğinin 40 (qırx) faizi miqdarında, yəni 248 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 185 (bir yüz səksən beş) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-789/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-789/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver