Məhkəmə qərarları › İş №3(045)-789/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-789/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-789/2025 05.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olan və Goranboy rayonu, Veyisli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 02 iyun 2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs Bakı Şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2420 manat məbləğində aliment borcunu ödəməkədn qəsdən yayınmışdır. Nəticədə Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-2921/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu Şəxs aliment borcunu ödəmədiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq, aliment ödənilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən aliment öhdəliyini tam icra etməmiş, bu səbəbdən borclunu xx.xx.2024-cü il tarixdə AR İXM-nin 528.1-ci maddəsi ilə məhkəmə çıxarılmış və barəsində 8 gün inzibati həbs tənbeh tədbiri verilmişdir. Daha sonra borclu təkrarən Goranboy Rayon İcra və probasiya Şöbəsinə çağırılmış və aliment borcunu ödəməyi tələb edilmiş, xəbərdarlıq verilmişdir. Lakin, borclu tələbi təmin etməmişdir. Hazırda may ayı daxil olmaqla 2420 manat aliment borcu yaranmışdır. “Elektron İcra “ İnformasiya sistemindən görünür ki, borclu Şəxs adma heç bir əmlak yoxdur lakin 80 manat pensiya alır. Bugünkü tarixdə borclu Həsənov X5 Rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və iş üzrə izahatı alınmışdır. O, izahatında məhkəmə qərarından xəbərdar olduğunu, maddi imkanının olmadığını, heç yerdə işləmədiyini, birdəfəlik ödəniş edə bilmədiyini adına əmlak olmadığını, lakin 80 manat pensiya aldığını bu gün heç bir ödəniş edə bilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs təkrar olaraq aliment pulunu ödəməmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə yaranmış 2420 manat borcundan bugün 500 manat ödəniş etmiş, nəticədə 1920 manat aliment borcu qalmışdır. Odur ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, hər ay aliment borcunu ödəyir. Lakin, son vaxtlar borcundan ödəniş edə bilməmişdir. Bunun səbəbi isə daimi iş yerinin olmamasıdır. Bildirir ki, icra sənədləri üzrə üzərinə düşən məsuliyyəti anlayır və uşağını saxlamaqdan imtina etmir. Maddi vəziyyəti aliment üzrə yaranmış borcu birdəfəlik ödəməyə imkan vermir. Bütün bunlara baxmayaraq, aliment borcundan bugün 500 manat, ödəniş etmişdir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2921/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın və həmin tarixli, 218975/23Aİ nömrəli tələbin dərhal icrası haqqında bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir; “İcra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4304/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icraatları ümumi icraatda birləşdirilmişdir; “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Həsənov X5 Rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır; Goranboy Rayon Məhkəməsinin 3(045)-799/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli billinmiş və barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-391/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-133/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 1-386275186 nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ****4807 nömrəli hesaba 500 manat vəsait köçürülmüşdür. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə- fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədi üzrə borclu üzərinə düşən aliment öhdəliyini ödəyir. Belə ki, icra məmurunun izahatından göründüyü kimi borclu aliment borcundan hər ay ödəniş edir və bugündə icra sənədi üzrə 500 manat məbləğində ödəniş etmişdir. Yəni, Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün müəyyən olunmuş alimentin ödənilməsi üçün səy göstərir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də, məhkəmə borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)- 2921/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar