Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-794/2024 21.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 521-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 521-ci maddəsi ilə tərtib olunmuş material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, rayon (şəhər) məhkəmələrinin aidiyyətini müəyyən edən İXM-in 43.1-ci maddəsində həmin Məcəllənin 521-ci maddəsində nəzərdə tutulmuş işlərə məhkəmələr tərəfindən baxılması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından müvafiq vəzifəli şəxslər tərəfindən baxılır. Göründüyü kimi İXM-in 521-ci maddəsində nəzərdə tutulmuş işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. İXM-in: 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq onun səlahiyyətinə aid edilib-edilməməsi məsələlərini həll edir; Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 521-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 20 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : Şəxs İXM-in 521-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 20 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri göndərilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-794/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-794/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver