Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-797/2024 30.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Goranboy rayon prokuroru Kamran Məmmədov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon prokurorluğundan Şəxs MMC-nin barəsində İXM-in 192.1-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 20 avqust 2024-cü il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, hüquqi şəxs "HAYAT MMC"-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X8 "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 01/12-23 nömrəli Xidmət müqaviləsinə əsasən Goranboy şəhəri, C.Cabbarlı küçəsində yerləşən 4 mərtəbəli binanın tikilməsində 2024-cü ilin aprel-may aylarında X3, X1 və X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən malyar-usta fəaliyyətinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; Sifarişçı "xxxx" MMC və podratçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/12-23 nömrəli Xidmət müqaviləsindən görünür ki, müqavilənin 2.2.5 və 5.5-ci maddələrinə əsasən podratçı texniki təhlükəsizlik və əməyin mühafizəsi, hündürlükdə iş görmə, partlayış və yanğın təhlükəsizliyi qayda və normativlərinə ciddi riayət etməli, işçilərini qeyd olunanlar üzrə təlimatlandırmalı və müvafiq təlimlər keçməli, bilik və bacarıqlarını yoxlamalı, baş verə bilmə ehtimalı olan bədbəxt hadisə və digər problemlərlə bağlı vəziyyəti öyrənməli, araşdırmalı, önləmək üçün tədbirlər görməlidir və bu tələblərin pozulması nəticəsində bütün növ məsuliyyət yalnız podratçıya aiddir. Müqavilənin 8-ci maddəsindən görünür ki, işlərin təhlükəsizliyi ilə bağlı podratçı məsuliyyət daşıyır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "internet vergi idarəsi"ndən əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmış Şəxs ********** VÖEN ilə 4 saylı Ərazi Vergilər Baş İdarəsində vergi uçotuna alınmışdır. Hüquqi ünvanı Şamaxı ayonu, Nüydü kəndidir. Qanuni təmsilçi X5r. Araşdırma zamanı X7 izahatında göstərmişdir ki, 2024-cü ilin aprel ayında Goranboy şəhəri ərazisində yerləşən "Samovar" kafesi ilə üzbəüz "xxxx" MMC tərəfindən tikilən 4 mərtəbəli binanın tikilməsində "malyar" ustası kimi bir qrup Goranboy rayonu Balakürd kənd sakini ilə birlikdə işləmişdir. xx.xx.2024-cü il tarixdə günorla saatlarında həmin tikintidə işləyən zaman o, "malyar" işini görmək üçün ayaqaltı ilə hündürlüyə çıxarkən sol ayağının dəmirin arasında qalması nəticəsində ayağından xəsarət almışdır. O, həmin tikintidə işləməyi ilə bağlı onunla əmək müqaviləsi bağlanmamışdır; Araşdırma zamanı X6 izahatında göstərmişdir ki, 2 aydır "xxxx" MMC-də briqadir işləmişdir. 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Goranboy rayonu, C.Cabbarlı küçəsində podratçı "xxxx" MMC tərəfindən tikilən binada suvaq, malyar və s işlərin görülməsi üçün subpodratçı "xxxx" MMC ilə müqavilə bağlanmışdır. 2024-cü ilin aprel ayından Goranboy rayon sakini olan bir qrup işçi "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. xx.xx.2024-cü ildə işçilər X2 ayağından xəsarət aldığını ona bildirmişdir. O, sözügedən binanın tikintisinə HAYAT" MMC tərəfindən cəlb edilmiş işçilərin təhlükəsizliyinə cavabdeh olmuşdur. O, işçilərin təhlükəsizlik qaydaları ilə tanış edildiyini və hər birinin müvafiq təlimat jurnallarına imza çəkdiklərini göstərmişdir. O, işçilərin "xxxx" MMC tərəfindən müvafiq geyimlə təmin olunduğunu, lakin "xxxx" MMC tərəfindən ayaq geyimi ilə təmin olunmamışlar. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “HAYAT" MMC tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçilər ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Goranboy rayon prokurorluğunun "xxxx" MMC tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər işçini müvafiq işlərin görülməsinə cəlb edilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini və s. nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-797/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-797/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver