Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-80/2024 07.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 499.1.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş 14000-00138/24 nömrəli, 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Goranboy rayonu, Nadirkənd ünvanında yerləşən “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********6694 sorğu nömrəli gömrük bəyannaməsi ilə buraxılış ili 1988-ci il, “Man 24.332” markalı nəqliyyat vasitəsi Türkiyədən ölkə ərazisinə gətitilərək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Ərizə ilə müraciət edilərək 1 il daha uzadılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən nəqliyyat vasitəsi gömrük ərazisindən kənara aparılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********6694 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti idxal gömrük prosedurunda yerləşdirilən nəqliyyat vasitələrinin müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 15 gündən 1 ayadək müddətə gecikdirilməklə müddətin uzadılması üçün müraciət edilmişdir. Bununla da “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi ərizə ilə məhkəməyə onların iştirakı olmadan işə baxılmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitələrini qeyd olunan müddət ərzində ölkədən çıxartmamaqlarının səbəblərindən biri və ən əsası bu texnikaların Qarabağ bölgəsində işğaldan yeni azad olunmuş ərazilərdə aparılan yol-tikinti işlərinin həcminin çox olması və işlərin operativ, fasiləsiz təşkil edilməsi zərurətidir. Onlar bu texnikalardan sadəcə şirkətlərinin iştirak etdiyi layihələrin həyata keçirilməsində istifadə edirlər. Onlar gömrük ödənişlərini 1 illik yox, birbaşa 3 illik, yəni malların sərbəst dövriyyəyə buraxılması üçün tələb olunan vergilərin tamamını dövlət büdcəsinə ödəmişlər. Bu hal ödəniş tapşırığı ilə sübut olunur. 3 illik vergi ödənilməsi texnikaların Azərbaycan Respublikasında 3 il qalacağından xəbər verir. Gömrük qurumu bu ödənişlərdən xəbardar olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **********6694 sorğu nömrəli gömrük bəyannaməsi ilə “MAN TGA” markalı nəqliyyat vasitəsi 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin başa çatmasına baxmayaraq “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən müddətin uzadılması ilə bağlı heç bir müraciət olmamışdır; xx.xx.2021-ci il tarixli, **********6694 gömrük bəyannaməsindən görünür ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 1988-ci il buraxılışlı, “Man 24.332” markalı nəqliyyat vasitəsi Türkiyədən ölkə ərazisinə gətirilərək 1 (bir) il müddətinə (xx.xx.2022-ci il tarixinədək) müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir; “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 299 nömrəli ərizədən görünür ki, **********6694 sorğu nömrəli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmiş 1988-ci il buraxılışlı, “Man 24.332” markalı nəqliyyat vasitəsinin müvəqqəti idxal müddətinin 16 noyabr 2024-cü ilədək uzadılması xahiş olunmuşdur; “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 **********6694 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “MAN TGA” markalı nəqliyyat vasitəsinin idxal müddətinin 15 noyabr 2023-cü il tarixdə bitdiyini etiraf etmiş, bunu işlərin çox olması ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********6694 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 23 (iyirmi üç) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Bununla da “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 499.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1 və 499.1.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının ərizəsində göstərdiyi xüsusata, 3 illik ödənişlərin əvvəlcədən ödənilməsi məsələsinə dair qeyd edir ki, iş materialları ilə müəyyən olunduğu kimi 1988-ci il buraxılışlı, “Man 24.332” markalı nəqliyyat vasitəsi Türkiyədən ölkə ərazisinə gətirilərək 1 (bir) il müddətinə (xx.xx.2022-ci il tarixinədək) müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Daha sonra “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının ərizəsi əsasında bu müddət 1 il, yəni xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Nəqliyyat vasitəsinin müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi müddəti xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq, həmin müddətin uzadılması ilə bağlı adı çəkilən Filial tərəfindən 23 (iyirmi üç) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət olunmuşdur. Həmçinin, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 **********6694 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “MAN TGA” markalı nəqliyyat vasitəsinin idxal müddətinin 15 noyabr 2023-cü il tarixdə bitdiyini etiraf etmiş, bunu işlərin çox olması ilə əlaqələndirmişdir (əsas: iş materiallarında olan “Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol). İXM-in: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(045)-80/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-80/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver