Məhkəmə qərarları › İş №3(045)-80/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-80/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-80/2025 27.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X2 tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Goranboy Rayon Məhkəməsinin 3(045)-16/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərardadı ilə X1 xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə X2 vəsatətlə məhkəməyə müraciət edərək, şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürdüyündən həmin müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 3(045)-80/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X2 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar