Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-801/2024 06.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ (İnzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-non DYPB-nin YPX-nin inspektoru X2 iştirakı ilə, X4 Goranboy rayon DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Goranboy rayon DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində Səfikürd kəndin içərisindən keçən Ağcakənd yolunda hərəkət etdiyi zaman onu polis məmuru saxlamışdır. Ona düz xətti ayaqlayıb keçmə (327.2 maddə) maddəsi ilə protokol tərtib etmişdir. O, həmin vaxt törətdiyi qayda pozuntusunu nə ilə görünüb sübut olunduğunu soruşduqda polis əməkdaşı xüsusi texniki vasitə ilə aşkar olunduğunu bildirmişdir. O, görüntünün təqdim olunmasını istəmiş, lakin görüntü ona təqdim olunmamışdır. Bundan sonra protokolun bir surətinin ona təqdim olunmasını istəmiş və protokol ona təqdim edildikdən sonra o, protokolla razılaşmadığına görə imza atmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 izahatında göstərdi ki, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Rəhimli kəndindən rayonun Səfikürd kəndi istiqamətinə gedən zaman nişanlanma xətti pozulduğu üçün əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını həyata keçirmşdir. Bu vaxt YPX-nin inspektoru ona saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. YPX-nin inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və qayda pozuntusu etdiyini bildirmişdir. O isə heç bir qayda pozmadığını, nişanlanma xəttinin tamamilə pozulduğunu bildirirərək, barəsində tərtib edilmiş protokola öz etirazını bildirmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, həmin yolda nişanlanma düz xəttinin olmasından xəbərdar idi. Lakin o, həmin xəttin tam olaraq pozulmasını görüb ötmə əməliyyatını həyata keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X3 izahatında bildirdi ki, vətəndaş X7 xx.xx.2024-cü il tarixdə saat 19:52-də Goranboy rayonu, Səfikürd kəndi ərazisində yol hərəkəti qaydalarını pozduğu üçün tərəfindən saxlanılmış və həmin tarixdə barəsində İXM-in 327.2-ci maddəsinə uyğun olaraq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol əsasında X4 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Goranboy rayon DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X7 idarə etdiyi Mercedes-Benz E240 minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Safikürd kəndində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur; xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə X7 idarə etdiyi Mercedes-Benz E240 minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Safikürd kəndində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna əsasən X7 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən olundu ki, xx.xx.2024-cü il tarixdə X7 idarə etdiyi Mercedes-Benz E240 minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə həyata keçirmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Nəzərə alınmalıdır ki, İXM-in 327.2-ci maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalar təşkil edir. Buna dair məhkəmə qeyd edir ki, adı çəkilən Qanunun 51-ci maddəsinin V hissəsinə əsasən nizamlanan yolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə, yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qadağandır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Goranboy rayon DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Goranboy rayon DYPB-nın polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-801/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-801/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver